03:11 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
5721

Bugün AKP lideri Əhməd Davudoğlu Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı ilə görüşəcək.

BAKI, 17 avq – Sputnik. Ədalət və İnkişaf partiyasının rəhbəri, hazırda Türkiyə baş naziri vəzifəsini icra edən Əhməd Davudoğlu Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı ilə görüşəcək. Görüşdə koalisiya hökuməti qurma məsələləri müzakirə ediləcək. 

Türk mediasına görə, bu iki partiyanın uzlaşaraq hökumət qurmaları zəif ehtimaldır. Çünki MHP-nin koalisiya üçün irəli sürdüyü şərtlərə AKP müsbət yanaşmır.

Liderlər arası görüş yerli vaxtla saat 14:00-da baş tutacaq. Görüş öncəsi mətbuata açıqlama verən Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı AKP ilə koalisiya üçün öz şərtlərini sıralayıb. Həmin şərtlər aşağıdakılardır:

1. Konstitusiyanın ilk dörd maddəsi dəyişdirilə bilməz, dəyişdirilməsi təklif belə edilə bilməz. Bu, MHP-nin ən əsas şərtidir.

2. Həll prosesi (çözüm süreci) dərhal durdurulmalı, birdəfəlik ləğv olunmalıdır.

3. Cəmiyyət həyatını iflic edən, ədalət və əxlaq qaydalarını heçə sayan 17-25 dekabr 2013-cü il rüşvət və vəzifədən sui-istifadə iddiaları yenidən araşdırılsın.

4. Güclər ayrılığı prinsipi yenidən bərqərar olunsun və prezident konstitusiyanın ona tanıdığı çərçivədən kənara çıxmasın.

“Əgər bu şərtlərimiz yerinə yetirilərsə AKP ilə koalisiya qurmağa hazırıq”, deyə MHP-nin bəyanatında qeyd olunur.

Teqlər:
MHP, Milliyətçi Hərəkat partiyası, baş nazir Əhməd Davudoğlu, Əhməd Davudoğlu, Dövlət Baxçalı, Türkiyə

Əsas mövzular