09:56 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0440
  • RUB0.0225
SİYASƏT
Qısa URL
5221

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sәdri Mәzahir Pәnahov bәzi şәxslәrin bu il keçiriləcək parlament seçkilərini boykot edәcәyinə dair yayılan məlumatlara cavab verərkən deyib.

BAKI, 14 avq — Sputnik. Seçkilәri boykot etmәk demokratik dünyanın qәbul etmәdiyi addımdır.  

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sәdri Mәzahir Pәnahov bәzi şәxslәrin bu il keçiriləcək parlament seçkilərini boykot edәcәyinə dair yayılan məlumatlara cavab verərkən deyib. 

M. Pənahov bldirdi  ki, hər bir vətəndaşın seçkiyə istədiyi münasibәti göstәrmәk hüququ var: "Amma inanmıram ki, boykot  praktikasından istifadә olunsun. Seçkilәri boykot etmәk demokratik dünyanın qәbul etmәdiyi addımdır.”

MSK sədrinin fikrincə, seçkilәr mәhz ona görәdir ki, vətəndaşlar öz münasibətlərini bildirsin: “Mәsәlәn, parlament seçkilәrindә ictimaiyyət çıxsın, öz münasibәtini bildirsin. İstәsә sәs verәr, istәmәsә yox. Onun nәticәsindә dә parlament formalaşsın. Yәni çoxluğun fikri ortada olsun. Çoxluğun fikri ilә kim razılaşmasa, bu qeyri-adi mәsәlәdir. Demokratik dünyanın qәbul etmədiyi prinsipdir. Azlığın fikrini bildirmәyә də heç kəs mane olmamalıdır. Azәrbaycanda heç vaxt belә problemlәr olmayıb".

M. Pənahov onu da əlavə edib ki, seçki azad tәdbirdir, burada iştirak etmək istəyənlərə hər bir şәrait yaradılır və Azərbaycanda seçkiidə iştirak etmək istəyən  siyasi qüvvəyə, siyasi partiyaya və  vətəndaşa bu imkanalr yaradılıb və bundan sonra da onların iştirakında heç bir problem olmayacaq: “Azərbaycanda azad, demokratik və şəfaf seçki mühiti var.”

Teqlər:
parlament seçkisi, Parlament seçkiləri 2015, Parlament seçkiləri, Məzahir Pənahov, MSK sәdri Mәzahir Pәnahov, Azərbaycan

Əsas mövzular