11:01 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Nursultan Nazarbayev və İlham Əliyev

Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək

president.az
SİYASƏT
Qısa URL
1311

Azərbaycan prezidenti İlham Əliyevin sentyabrda Qazaxstana rəsmi səfəri gözlənilir.

BAKI, 12 avq — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin sentyabrda Qazaxstana rəsmi səfəri gözlənilir. Bu barədə Sputnik-ə məlumat diplomatik mənbələrdən verilib.

Səfərdə məqsəd cari ilin sentyabr ayının 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TDƏŞ) dövlət başçılarının növbəti Zirvə toplantısında iştirakdır. 

Tədbirdə iştirakla bağlı Azərbaycan dövlət başçısına dəvət göndərilib.

Astanada keçriləcək Zirvə görüşündə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlət başçılarının iştirakı gözlənilir. Bu görüşdə əsasən nəqliyyat, tranzit, enerji, turizm, iqtisadi və humanitar sahədə bir sıra məsələlər müzakirə olunacaq.

Dövlət başçıları eyni zamanda türkdilli xalqların ortaq telekanalının yaradılması məsələsinə mövqelərini bildirəcəklər.

Əsas mövzular