08:59 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Əli Məsimli

Əli Məsimli yenə Şəkinin deputatı olmaq fikrindədir

azadliq.org
SİYASƏT
Qısa URL
4810

Millət vəkili Əli Məsimli noyabrin 1-də keçiriləcək parlament seçkilərinə yenidən özünü sınamaq niyyətindədir və yenə namizədliyini öz doğma yurdu Şəkidən verəcək.

BAKI, 12 avq — Sputnik. Millət vəkili Əli Məsimli noyabrin 1-də keçiriləcək parlament seçkilərinə yenidən özünü sınamaq niyyətindədir və yenə namizədliyini öz doğma yurdu Şəkidən verəcək. 

Bunu  Sputnik-ə açıqlamasında millət vəkili özü deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək istəyən hər kəs qanunverici orqanda səmərəli fəaliyyət göstərə bilmək baxımından öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv dəyərləndirmklə hərəkət etməyi bacarmalıdır: “Yəni  deputat statusu daşıyan insan bu vəzifələri və missiyanı  daşıya bilmək potensialına malik olmalıdır”. 

Onun fikrincə, deputatın əsas vəzifələri qanun yaradıcılığı prosesində fəal iştirak etmək, öz seçiciləri ilə görüşmək, onların müraciətlərini aidiyyəti orqanlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni etmək, mətbuatla təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik təfəkkürü prizmasından münasibət bildirmək, imkanı daxilində xeyriyyəçilik tədbirlərində iştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir. 

“Belə geniş diapazonda bütün istiqamətlər üzrə fəaliyyətlə hamını eyni dərəcədə qane etmək mümkün olmasa da, hər halda sadaladığım həmin istiqamətlərdə gördüyüm və bundan sonra da görə biləcəyim işləri obyektiv dəyərləndirməklə, həm də əlbəttə, ilk növbədə ictimai rəyi və seçicilərin əhvali-ruhiyyəsini nəzərə almaqla parlament seçkilərində iştirak edəcəyəm. Əsas məqsədim yenə də Azərbaycanı, parlamenti və seçiciləri layiqincə təmsil etmək olacaq”, — deyə Məsimli vurğulayıb.

Teqlər:
Parlament seçkiləri 2015, parlament seçkisi, Parlament seçkiləri, Şəkinin deputatı, millət vəkili Əli Məsimli, Əli Məsimli, Şəki, Azərbaycan

Əsas mövzular