05:09 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Gürcüstan və Rusiya

Gürcüstan Rusiyaya nota verdi

minval.az
SİYASƏT
Qısa URL
4911

Gürcüstan Xarici İşlər Nazirliyi: Rusiya əsgərləri təkcə son bir ay ərzində, Cənubi Osetiyada sərhəd nişanlarının yerini üç dəfə dəyişiblər.

BAKI, 12 avq – Sputnik. Gürcüstanın Xarici İşlər Nazirliyi, Cənubi Osetiyadakı qanunsuz fəaliyyətlərinə görə Rusiyaya nota verib.

Nazirlik İsveçrənin Tiflisidəki səfirliyinə müraciət edərək notanın Kremlə çatdırılmasını xahiş edib. 

Gürcüstandan ayrılaraq, birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiyadakı Rusiya əsgərləri avqustun 10-da Gürcüstanın Kareli rayonunun "Tamaraşeni" və "Tseronissa" kəndlərində yeni sərhəd nişanları yerləşdirib. 

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, rus əsgərlər təkcə son bir ay ərzində, sərhəd nişanlarının yerini üç dəfə dəyişiblər. 

“Rusiya Federasiyası təcavüzkar hərəkətləri ilə bölgədə qeyri-sabitlik və gərginlik yaratmağa davam edir”, deyə nazirliyin bəyanatında qeyd olunur.

Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş verən qarşıdurma nəticəsində Rusiya, birtərəfli olaraq müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanı tanıdığını açıqlamış, Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini kəsmişdi. İki ölkə arasındakı diplomatik əlaqələri İsveçrənin Tiflisdəki və Moskvadakı səfirlikləri icra edir.

Teqlər:
nota göndərmək, Rusiyaya nota göndərmək, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri, Gürcüstan və Rusiya, Gürcüstanın Xarici İşlər Nazirliyi, Cənubi Osetiya, Abxaziya, Rusiya, Gürcüstan

Əsas mövzular