06:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Sevil Nuriyeva

Sevil Nuriyeva: Türkiyə İran kimi ikiüzlü siyasət aparmır

tyb.org.tr
SİYASƏT
Qısa URL
43632

“Star” qəzetinin yazarı: Bu gün İran Ərdoğana qarşı böhtan kampaniyası yürüdür və bəzi rus kiv-lərini də öz çirkin siyasətinə alət edir.

BAKI, 10 avq – Sputnik. Son bir neçə ildir Türkiyədə yaşayan və bu ölkənin "Star" qəzetində çalışan jurnalist Sevil Nuriyeva, bugünkü köşə yazısında İran siyasətini sərt tənqid edib.

"İran mediasının türk hökumətinin və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə böhtan dolu xəbərlər paylaşması əbəs deyil. Bütün bu kampaniyanın arxasında İrandakı dərin dövlətin durduğu getdikcə daha da aydınlaşır.  

ABŞ-la əldə edilən nüvə razılaşmasından sonra İran, özünə yeni missiya seçib. İndi rəsmi Tehran, özünü  bölgədə yaşayan kürdlərin müdafiəçisi kimi göstərməyə çalışır və PKK-nı dəstəkləyir. Məqsəd isə Türkiyənin Yaxın Şərqdəki nüfuzunu gözdən salmaqdır. 

İran nüvə məsələsində ən çətin anlarını yaşadığı bir vaxtda, NATO ölkələrindən sadəcə Türkiyə bu dövlətin arxasında durdu və üzərindəki bütün təzyiqlərə baxmayaraq İranı dəstəklədi. Və bu dəstəyin arxasında bugün İran mediasının hədəf seçdiyi Ərdoğan və hökuməti dururdu. 

Bugün bu ölkə Ərdoğana qarşı böhtan kampaniyası yürüdür və bəzi rus KİV-lərini də öz çirkin siyasətinə alət edir. İran bölgədə genişlənmə həvəsini daha öncələri də hiss etdirirdi ancaq beynəlxalq sanksiyalar buna maneə olurdu. Nüvə müqaviləsindən sonra İran bölgənin ağası olmağa artıq özünü inandırıb. 

Türkiyənin və prezident Ərdoğanın Yaxın Şərqdəki nüfuzu İranı ciddi narahat edir. Osmanlının adı gələndə narahat oln İran, Türkiyədə 7 iyun parlament seçkilərindən sonra öz niyyətini açıq şəkildə bəlli etmişdi. Dövlətə yaxın media qurumları kinayəli şəkildə “Sultan Ərdoğan seçkilərdə istədiyi nəticəni ala bilmədi”, deyə başlıqlar atmışdı. 

Fələstin davasına hər zaman sahib çıxdığını iddia edən İranın Həmas-a maliyyə yardımlarını dondurduğu xəbərləri yayılmaqdadır. 

Kürdlər üzərindən çirkin oyuna girişməzdən öncə İran öz torpaqlarında yaşayan kürdlərin hüquqlarını necə tapdaladığını izah etsin. 40 milyon azəri türkünün yaşadığı bu ölkədə içlərindən biri öz haqqını tələb etdikdə necə asıldıqlarını hamımız görürük. 

İstanbuldan sonra türkcə danışılan ikinci ən böyük şəhərin Tehran olduğunu da İranlı rəsmilər çox yaxşı bilirlər.  

Ona görə də rəsmi Tehran PKK-nı Türkiyəyə qarşı təhrik etmədən öncə çox yaxşı düşünməlidir. Çünki Türkiyə İrana qarşı terrorçuları deyil, 40 milyon İran vətəndaşı olan türkləri təhrik etmək gücünə malikdir. Ancaq Ankara bu üsuldan heç vaxt istifadə etmədi. Çünki Türkiyə namərd və alçaq deyil. Saxta mübarizəni əxlaqdan kənar hesab edir. Çünki Türkiyənin mayası müsəlmanlıq və türklük kimliyi üzərinə qurulub. 

İranın son vaxtlar bölgədə apardığı siyasət heç də xeyrə əlamət deyil. 

Teqlər:
Ərdoğan höküməti, İran siyasəti, jurnalist Sevil Nuriyeva, PKK terror təşkilatı, PKK, NATO, Sevil Nuriyeva, Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular