11:43 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
3610

Türkiyədəki böhran artıq Azərbaycana da mənfi təsirlərini göstərməkdədir. Bunu Sputnik-ə açıqlamasında poliroloq Sülhəddin Əkbər deyib.

BAKI, 4 avqust — Sputnik. Türkiyədəki böhran artıq Azərbaycana da mənfi təsirlərini göstərməkdədir. Bunu Sputnik-ə açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Türkiyə daxili siyasətdə koalisiya hakimiyyətini qura bilməməsi, eyni zamanda terror təşkilatlarına qarşı mübarizə aparması gərginliyi artırır və bu da ciddi narahatlıq doğuran amillərdəndir.

Əkbər hesab edir ki, daxili siyasətdə  siyasilərin koalisyon hakimiyyəti qurmaqda maraqlı görünməməsi və vaxtından əvvəl seçkilərə getmək istəyi bu narahatlığı daha da artırır. “Ona görə də Türkiyəni yaxın aylarda gərgin bir dövr gözləyir. Və onu da unutmaq lazım deyil ki, Türkiyə də Azərbaycanın yeganə strateji müttəfiqi olduğundan bu dolayısı ilə Azətbaycana da öz mənfi təsirini göstərəcək. Artıq bunun nəticəsidir ki, Azərbaycan da qarşı terror təhdidi artıb. PKK-nın azərbaycanlılara qarşı törətdiyi terror əməliyyatı göz önündədir. Necə deyərlər Azərbaycan vətəndaşları artıq terrordan əziyyət çəkməyə başlayıb”, — deyə ekspert bildirib.

O bildirib ki, PKK-nın Azərbaycanın Naxçıvanla olan sərhəddində fəallaşması hakimiyyətə qarşı bir mesajdır: “Yəni PKK bununla Azərbaycana demək istəyir ki, biz Bakının Türkiyənin strateji müttəfiqi olduğunu bilirik. Və PKK bu yolla Azərbaycanı Türkiyəyə dəstəkdən çəkindirməyə çalışır. Buna baxmayaraq Azərbaycan Türkiyənin yanında yer almalı və istənilən dəstəyi verməlidir. Necə deyərlər Azərbaycan da istənilən yarana biləcək vəziyyətə hazır olmalıdır.”

Əkbər onu da əlavə edib ki, Azərbaycanın Türkiyənin yanında yer alması elə də asanlıqla başa gəlməyəcək. “PKK və İŞİD, həmçinin bu terrorçu təşkilatlara dəstək verən gizli himayədarları Türkiyə və onun müttəfiqlərinə zərbə vurmağa cəhd edəcək. Bu baxımdan Türkiyə və onun müttəfiqləri, xüsusən də Azərbaycan buna hazır olmalı və terrorizmə qarşı effektiv mübarizəni davam etdirib sona yetirməlidirlər. Əks təqdirdə bunun ciddi fəsadları ola bilər”, — deyə Əkbər bildirib.

Əkbər onu da əlavə edib ki, Türkiyədə böhrana siyasilərin sərgilədiyi mövqe də öz mənfi təsirini göstərir: ”Yəni siyasətçilərin ambisiyalarının böhranın bu vəziyyətə gəlməsində rolu var. Çünki prezident Rəcəb Tayib Ərdoğanın və müxalifət liderlərinin koalisyon hakimiyyətin qurulmamasında maraqlı olmaması erkən seçkiləri zəruri edir. Bu da gərginliyi artırır və bu gərginlik hələ bir müddət davam edəcək. Ümid edək ki, Türkiyə böyük dövlət olduğundan bütün bunların öhdəsindən gələcək və proseslər müsbət nəticə ilə yekunlaşacaq”, — deyə o vurğulayıb.

Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
PKK Naxçıvan, Azərbaycan Türkiyə, Türkiyə Azərbaycan, İŞİD terroru, PKK terroru, terror, Türkiyədə böhran, Türkiyədəki böhran, İŞİD və PKK, PKK və İŞİD, İŞİD, PKK, Sülhəddin Əkbər, Naxçıvan Muxtar Respublikası, Naxçıvan, Azərbaycan, Türkiyə

Əsas mövzular