07:12 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
17010

Bu barədə Sputnik-ə açıqlama verən Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla dünya ölkələri arasında vizasız gediş-gəliş üç qrupa bölünür.

BAKI, 31 iyul — Sputnik. Xarici İşlər Nazirliyi xarici ölkələrə vizasız gediş-gəlişlə bağlı məsələyə aydınlıq gətirib. 

Bu barədə Sputnik-ə açıqlama verən Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla dünya ölkələri arasında vizasız gediş-gəliş üç qrupa bölünür. “Birinci qrupa əsasən diplomatik və xidməti pasportu olan şəxslərin qarşılıqlı səfərləri, ikincisi,  ümumpasport əsasında vizasız qarşılıqlı səfərlər və nəhayət üçüncüsü, birtərəfli qaydada bir sıra ölkələrin Azərbaycan vətəndaşlarının vizasız səfərləri”, — deyə H. Hacıyev bildirib.

H. Hacıyev bildirib ki, bu gün Azərbaycanla dünyanın 53 ölkəsi arasında diplomatik və xidməti pasportlara malik insanların qarşılqılı qaydada vizasız gediş-gəlişi ilə bağlı saziş imzalanıb və bu sənədə əsasən həmən ölkələrin diplomatik və xidməti pasporta malik vətəndaşları vizasız Azərbaycana səfər edə bilərlər: “Eyni zamanda diplomatik və xidməti pasporta malik Azərbaycan vətəndaşları da bu ölkələr vizasız səfər edə bilərlər. Yəni bu vizasız səfərlər ikitərəfli qaydada həyata keçirilir.

İkinci qrup vizasız səfərlər ümumpasport olan vətəndaşların vizasız gediş-gəlişi ilə bağlıdır ki, bunlar da əsasən MDB üzvü olan ölkələrdir. Yənı Azərbaycanın doqquz ölkə ilə ümumvətəndaş pasportu ilə qarşılıqlı vizasız gediş-gəliş barəsində qərarı var. Bunlar Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Moldova,Tacikstan, Qırğızstan və Gürcüstandır.”

H. Hacıyev onu da əlavə etdi ki, bundan əlavə olaraq üçüncü qrup ölkələr də var ki, bu ölkələr   öz suveren hüquqlarından istifadə edərək birtərəfli qaydada Azərbaycan vətəndaşlarının  bu ölkələrə vizasız səfər etmələri barədə qərarlar qəbul ediblər: “Bu ölkələrə vizasız səfərlər qarşılıqlı xarakter daşımır. Yəni Azərbaycan vətəndaşları həmən ölkələrə vizasız  səfər etmək hüququna malik olsalar da, həmin ölkələrin vətəndaşları Azərbaycana gələrkən mütləq onlardan viza tələb olunur. Bu ölkələrin sayı vaxtaşırı olaraq dəyişə bilər. Çünki bəzi ölkələr belə vizasız səfərləri daimi yox mövsümi, yəni turizm mövsümündə edə bilərlər. Belə ki, bu ölkələr Azərbaycan turistlərini öz ölkələrinə cəlb etmək məqsədi ilə Azərbaycan vətəndaşlarına qarşı vizanı ləğv edə bilərlər. Elə ölkələr isə var ki, onlar ümumiyyətlə ilin istənilən vaxtı Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəlişi ilə bağlı qərar qəbul edib. Bir daha deyiərm ki, bu hər bir ölkənin suveren hüququdur və bu hüquqdan istifadə edir. Bu da əsasən öz ölkələrinə daha çox turist cəlb etmək  məqsədi daşıyır.”

Qeyd edək ki, Türkiyə, İran, Monteneqro kimi ölkələr birtərəfli qaydada Azərbaycan vətəndaşlarına vizasız ümumvətəndaş pasportu ilə  bu ölkələrə səfər etmək barədə qərar verib.

Teqlər:
hansı ölkəyə vizasız getmək olar, vizasız ölkələr, vizasız ölkə, vizasız gediş-gəliş, XİN, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, Azərbaycan

Əsas mövzular