08:40 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
15231

Türkiyə prezidenti Çində uyğur türkləri ilə görüşüb.

BAKI, 31 iyul — Sputnik. Türkiyə prezidenti Çində uyğur türkləri ilə görüşüb.

Sputnik xəbər verir ki, Çinə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buradakı uyğur türkləri ilə görüşüb. 

Prezidentin sözlərinə görə, görüşdə vurğulanıb ki, hazırda müsəlman uyğurların yaşadığı ərazidə 35 min məcsid fəaliyyət göstərir və onların sayı 40 milyona yaxındır. Həmçinin Uyğurlara ibadət etmək üçün şərait yardıldığı və manenəin olmadığı bildirilib.

R.T.Ərdoğan Çindəki görüşlərində Sincan Uyğur bölgəsindəki vəziyyətin də müzakirə olunduğunu deyib. “Biz Türkiyə olaraq Çinin ərazi bütövlüyün  dəstəkləyirik. Biz terrora qarşı mübarizədə də eyni mövqedə olduğumuzu bəyan etdik”, deyən R.T.Ərdoğan onu da əlavə edib ki, rəsmi Pekin Ankaranın terrorla mücadiləsini həssasiyətlə qarşılayır. 

“Çin 1915-ci ilə uydurma erməni soyqırmı məsələsində İrəvanın  apardığı  kampaniyaya  həsaslıqla yanaşaraq bu məsələdə Türkiyənin mövqeyini dəstəkləyib. Çinin Fələstin məsləsindəki mövqeyi də Türkiyənin mövqeyi ilə yaxındır”, — deyə o vurğulayıb.

Əsas mövzular