13:34 23 Oktyabr 2017
Canlı yayım
Реджеп Тайип Эрдоган

Ərdoğan: Çinin uyğurlara zülm etməsi xəbəri qəsdən yayılır və yalandır

© Hurriyet.com.tr
SİYASƏT
Qısa URL
1002

Türkiyə prezidenti: Fitnəkarların tələsinə düşməyin.

BAKI, 10 iyul – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ayın sonuna yaxın Çinə səfəri gözlənilir. Son günlər bir çox xəbər saytlarında, o cümlədən sosial şəbəkələrdə Çin hökumətinin uyğur türklərinə, müsəlmanlara qarşı etnik zəmində təzyiqlər etdiyi, o cümlədən kütləvi qırğın törətdiyi barədə məlumatlar yayılır. 

Lakin qısa müddət öncə yayılan xəbərlərin, sosial şəbəkələrdə yer alan edam rəsimlərinin montaj olduğu üzə çıxdı. Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Bu ayın sonuna yaxın Çinə səfəri gözlənilən Ərdoğan, uyğur türklərinə zülm edildiyi ilə bağlı məlumatların qəsdən yayıldığını və yalan olduğunu söyləyib: “Çin Xalq Respublikasının Sincan Uyğur muxtar bölgəsində yaşayan qardaşlarımıza zülm etdiyi xəbərləri qəsdən yayılır və böyük bir qismi uydurmadır. Təəsüfki, bu cür xəbərlər cəmiyyətimizdə həssaslıqla qarşılandı və xoşagəlməz hadisələrə səbəb oldu.”

Ərdoğan, çinli turistlərə və Tayvan Konsulluğuna təşkil edilən hücumlara da toxunub. O hadisələrin qəsdən təşkil edildiyini və düşündürücü olduğunu bəyan edib. 

"Ölkəmizə gəzməyə, yaşamağa gələn Şərqi Asiyalı bütün qonaqlarımızın can və mal təhlükəsizliyi bizim namusumuzdur. İstanbulda yaşanan provokatif hadisələr bizə yaraşmaz. Fitnəkarların tələsinə düşməyin", deyə Türkiyə prezidenti bildirib.

Əsas mövzular