13:35 23 Oktyabr 2017
Canlı yayım
ATƏT

ATƏT PA siyasi iradəsini ortaya qoydu

twitter.com
SİYASƏT
Qısa URL
10631

BAKI, 10 iyul — Sputnik. ATƏT PA-nın Helsinkidə keçirilən yay sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin Helsinki yekun aktına MDB məkanındakı dondurulmuş münaqişlərlə bağlı təklif etdiyi qətnamə layihəsinin qəbul olunması Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. 

ATƏT PA-nın qəbul etdiyi sənəddə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü qeyd olunur. Məsələnin aktuallığını və Ermənistan cəmiyyətində yaranmış ciddi narahatlığı nəzərə alıb qətnamə layihəsinin müəllifi Azay Quliyevə müraciət etdik. 

Azay Quliyev Sputnik-ə açıqlamasında qəbul olunmuş sənədin Azərbaycan üçün mühüm əhəmiyyətini bir daha qeyd edərək bildirdi ki, qətnamə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam ciddiliyi ilə müdafiə edir: “Dağlıq Qarabağ problemini, xalqların öz müqəddəratını təyin etməsini də yalnız  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tələb edir. Orada digər ikinci hala yol verilmir.”

— Bu qətnamənin qəbulundan sonra Ermənistan cəmiyyətində ciddi ajiotaj yaranıb və bu sənədi qeyri-obyektiv, bitərəfli qərar kimi izah edirlər. Sizin bu məsələyə mövqeyiniz?

— Ermənilər  ona görə narahatdırlar ki, onların indiyədək Helsinki prinsiplərində öz maraqlarına uyğun  müəyyən dəyişiklik etmək ümidi var idi. Artıq bu cəhd ATƏT PA tərəfindən rədd edildi. Belə demək mümkünsə artıq dünya erməni yalanına inanmır. Bununla da ATƏT onların sui-istifadəsinə son qoydu.  Və  qeyd etdi ki, heç bir halda öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyü, suverenliyi, siyasi  müstəqliyinin pozulması hesabına ola bilməz. ATƏT belə bir mesaj verdi və sənəd bu baxımdan mühüm əhəmiyyət kəsb edir.  

İkincisi, ermənilər ona görə narahatdırlar ki, Dağlıq Qarabağ problemi ilə ATƏT məşğul olduğundan, onların mandat verdiyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Parlament Assambleyasının qəbul etdiyi bu qətnaməni gələcəkdə  mütləq şəkildə nəzərə almaq məcburiyyətində olacaqlar. Və bu da Azərbaycanın bir daha haqlı mövqeyini möhkəmləndirir. Düşünürəm ki, bu Azərbayacan prezidentinin son illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir və bu siyasət artıq öz bəhrəsini verməkdədir.

Artıq bütün beynəlxalq formatlarda Azərbaycanın maraqları, xüsusən də ərazi bütövlüyü ilə bağlı maraqları qorunmaqdadır. Digər tərəfdən də bunu Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı uğurlu fəaliyyətinin nəticəsi hesab etmək olar. Biz neçə ay idi ki, buna hazırlaşırdıq.  Görülən işlər də öz müsbət bəhrəsini verdi. Amma  əsas odur ki, müzakirələrdə ermənilərin  bir dənə də olsun təklif etdikləri  dəyişikliklər keçmədi. 

Sənədin digər əhəmiyyəti də ondan ibarətdir ki, o Helsinki  yekun aktının 40 illiyinə həsr olunmuş toplantıda, Helsinkinin özündə keçirilən sessiyasında ATƏT PA tərəfindən qəbul edildi. Bütün bunları nəzərə alaraq demək olar ki, ermənilərin narahatlığını anlamaq olar.

Çünki ermənilər artıq nəyin baş verdiyinin fərqindədirlər. Onlar dünyanı aldatmaq cəhdinin bundan sonra fayda verməyəcəyinin fərqindədirlər. Bunun gələcəkdə onlara ciddi problem olacağını artıq indidən yaxşı anlayırlar. 

— Bunu bilən erməni nümayəndə heyəti sessiya çərçivəsində hər hansı pozuculuq fəaliyyəti ilə məşğul oldu? Bunun qarşısını alamq üçün cığallıq etdi?

— Ermənistanın nümayəndə heyəti elə birinci gündən sonadək cığallıq və pozuculuqla məşğul oldu. İstər komitə islaslarında, istərsə də plenar sessiyada. Nə onların cığallığı, nə də onların sənədin əleyhinə səs verməklə bağlı çağırışları nəticə vermədi. Sənədin 5-ci müddəasında Azərbaycanla bağlı hissədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı faktı ilə bağlı əksini tapan hissənin dəyişməsi istiqamətindəki ciddi cəhdləri belə boşa çıxdı. Yekunda bu fakt sənəddə öz əksini tapdı. 

— Belə demək mümkünsə, artıq beynəlxalq təşkilatlar da ermənilərin yalanlarından yorulub və onların nazı ilə oynamaq istəmirlər?

— Bəli. ATƏT PA belə bir sənəd qəbul etməklə məsələ ilə bağlı siyasi iradəsini ortaya qoydu. Bu sənəd obyektivliyi əks etdirir və biz də gələcəkdə ondan istifadə edəcəyik.

Əsas mövzular