13:36 23 Oktyabr 2017
Canlı yayım
Təcili yardım

Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub

© Foto: APA
SİYASƏT
Qısa URL
301

Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilib.

BAKI, 10 iyul — Sputnik. Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub.

Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilib. Nazirlikdən bildirildi ki, havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən 09.07.2015-ci il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardıma gün  vurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub.  Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulmuş və stasionara yerləşdirilmişlər. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxıliblar.

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

Əsas mövzular