13:34 23 Oktyabr 2017
Canlı yayım
İŞİD Liviyada şəhər ələ keçirdi

Türkiyə İŞİD-ə qarşı mübarizədə ABŞ-a dəstək verməyəcək

thenypost.files.wordpress.com
SİYASƏT
Qısa URL
1901

Davudoğlu hökuməti ABŞ-ın İncirlik bazasını İŞİD-lə mübarizədə istifadə olunmaq üçün açmaq barədə xahişinə “yox” deyib.

BAKI, 10 iyul – Sputnik. Türkiyə hökuməti Suriya və İraqdakı şiddətdən qaçan 2 milyon qaçqına ev sahibliyi edir, onların ehtiyaclarını qarşılayır. Türkiyə bununla kifayətlənmir, üstəlik İŞİD terrorçuları ilə mübarizədə hər cür dəstəyi verir. Dolayısı ilə Türkiyə çox şey edir.

Bu sözləri Amerika Birləşmiş Ştatları Xarici İşlər nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib. 

Türkiyənin çox dəyərli bir NATO müttəfiqi olduğunu xatırladan Con Kirbi, Türkiyədə yerləşən və ABŞ-a aid İncirlik hərbi hava bazasının İŞİD-lə mübarizədə istifadə edilib-edilməyəcəyi sualına cavab verməkdən çəkinib. 

O, mətbuatda yayılan xəbərlər barədə suallara cavab verməyəcəyini bildirib.

“Dəyərli jurnalistlər, mətbuatda yayılan hər xəbərə cavab vermək mənim səlahiyyətim deyil. Bu sualın cavabını Milli Təhlükəsizlik Agentliyindən soruşa bilərsiz”, deyə Kirbi əlavə edib. 

Prezident Barak Obamanın İŞİD-lə mübarizədə xüsusi təmsilçisi Con Allen terrorçulara qarşı əməliyyatların genişlədilməsi üçün Türkiyədən İncirlik hərbi hava bazasını istifadəyə açmağı xahiş edib. 

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, rəsmi Ankara təkliflə razılaşmayıb. Davudoğlu hökuməti, hərbi bazadan istifadəyə razılıq qarşılığında, ABŞ-dan Suriyaya birgə quru əməliyyatı şərtini qoşub.

Əsas mövzular