13:31 23 Oktyabr 2017
Canlı yayım
Mərkəzi Seçki Komissiyası

MSK partiyaların maliyyə hesabatlarına həsr olunmuş toplantı keçirdi

© AZƏRTAC
SİYASƏT
Qısa URL
Milli Məclisə seçkilər (40)
411

Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.

BAKI, 9 iyul — Sputnik. Mərkəzi Seçki Komissiyasında  (MSK) siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib. 

Sputnik xəbər verir ki,  MSK-nın maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə Komissiyanın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.

Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.


Mövzu:
Milli Məclisə seçkilər (40)

Əsas mövzular