13:35 23 Oktyabr 2017
Canlı yayım
Mərkəzi Seçki Komissiyası

MSK 12 partiyanı bağlatdırmaq istəyir

© AZƏRTAC
SİYASƏT
Qısa URL
Milli Məclisə seçkilər (40)
5120

Mərkəzi Seçki Komissiyasi (MSK) Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

BAKI, 9 iyul — Sputnik. Mərkəzi Seçki Komissiyasi (MSK)  Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Sputnik xəbər verir ki, bunu MSK sədrinin müavini Natiq Məmmədov  siyasi partiyaların 2014-cü ilin illik maliyyə hesabatı ilə bağlı məlumat verərkən deyib.

Onun sözlərinə görə, artıq MSK  illik hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə  Nazirliyinə müraciət eidb.

N. Məmmədov bildirib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 43-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: “Düzdür təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.

N. Məmmədov MSK-ya hesabat daxil etməyən partiyaların adını açıqlamayıb.


Mövzu:
Milli Məclisə seçkilər (40)

Əsas mövzular