02:18 18 Oktyabr 2017
Canlı yayım
Hikmət Hacızadə

Hikmət Hacızadə: diplomatiyamızın əsas problemi həll olunmayıb

publika.az
SİYASƏT
Qısa URL
25221

Bu gün Azərbaycan diplomatları öz peşə bayramlarını qeyd edirlər.

BAKI, 9 iyul — Sputnik. Bu gün Azərbaycan diplomatları öz peşə bayramlarını qeyd edirlər.

Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdikdən bu günədək diplomatiyamız böyük bir yol keçib. Müstəqilliyin ilk illərində xarici ölkələrdə səfirlik açmaq, eyni zamanda peşəkar diplomat kadrları problemləri mövcud idi. Bu gün ümumilikdə 60-dan artıq ölkədə Azərbaycanın diplomatik korpusu fəaliyyət göstərir. Bundan əlavə olaraq demək olar ki, Azərbaycan bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Hətta bir sıra beynəlxalq və regional təşkilatların rəhbərləri Azərbaycan diplomatlarıdır. Bu müddət ərzində əldə olunan uğurlar heç də asan başa gəlməyib. Çox çətin və mürəkkəb yol keçilib. Məhz Azərbaycan diplmatiyasının uğurudur ki, ölkəmiz BMT TŞ-yə, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına və digər regional təşkilatlara rəhbərlik edib və orada uğurlu fəaliyyət göstərib. Bunları nəzərə alaraq, Azərbaycan diplomatiyasının keçdiyi yola nəzər salmaq üçün müstəqilliyimizn ilk illərində ölkəmizin Rusiyadakı səfiri olmuş Hikmət Hacızadə ilə  söhbətləşdik.

H. Hacızadə Sputnik-ə açıqlamasında ilk olaraq Azərbaycan diplomatlarını peşə bayramı münasibəti ilə təbrik edib onlara fəaliyyətlərində uğurlar arzuladı. O billdirdi ki, Azərbaycan diplomatiyası bu müddət ərzində böyük və cətin bir yol keçib, uğurlara imza atıb: “Azərbaycanın müstəqilliyinin ilk illəri diplomatlarımız üçün elə də asan olmayıb. O zaman nə Xarici İşlər Nazirliyinin normal inzibati binası var idi, nə də xarici ölkələrdə səfirliklərimiz. Diplomat qıtlığı var idi. Peşəkar diplomatlarımız həddən az idi. Diplomatiya sahəsində təcrübəmiz çox zəif idi.  O dövrdə bizə hər zaman olduğu kimi Türkiyə yaxından kömək etdi. Onların səfirləri bizlərə diplomatiyanın qaydalarını, incəliklərini öyrədirdilər. Öz səfirliklərində bizim fəaliyyətimiz üçün şərait yardırdılar, yer verirdilər. İndi isə vəziyyət xeyli fərqlidir. XİN-in yaxşı texniki cəhətdən təmin olunmuş inzibati binası var, artıq dünyanın xeyli ölkəsində səfirliklərimiz var və onların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Peşəkar diplomat ordusu formalaşıb.”

H. Hacızadə onu da əlavə etdi ki, Azərbaycan diplomatiyasının uğurları nəticəsində ölkəmiz bir sıra beynəlxalq təşkilatlara  sədrlik edib. 

“Düzdür bu sədrlikdən maksimum yararlanıb əsas problemimiz olan Qarabağ münaqişəsini həll edə bilməmişik. Ancaq sədrlik etməyin elə özü bir uğurdur”, — deyən keçmiş diplomat əlavə etdi ki, Azərbaycan hələ də dünya ictimaiyyətini münaqişə ilə bağlı inandıra bilməyib. 

“Bunun üçün hələ  gərgin işləmək lazımdır. Beynəlxalq aləmi inandırmaq lazımdır ki, münaqişə həll olunarsa, Azərbaycan vətəndaşı üçün konstitusiyada təsbit olunan müddəalar Dağlıq Qarabağın erməni icmasına da şamil olunacaq və onlar digər vətəndaşlarla bərabər hüquqa malik olacaqlar. Normal və sivil yaşam imkanları olacaq. Əsas problem budur. Bu problemi həll etmək lazımdır”, — deyə keçmiş diplomat vurğuladı.

H. Hacızadə Moskavada  səfir kimi fəaliyyət göstərdiyi dövrü da xatırladı: “O zaman qarşımızda böyük problemlər dayanırdı. Bəlkə belə bir problemlər dünyanın ikinci bir ölkəsinin qarşısında olmayıb. Azərbaycanla Rusiya arasında problemlər var idi.  Çünki 70 il bir ölkənin daxilində yaşamışdıq və o dövr diplomatiyada bir “boşanma dövrü” sayılır. Azərbaycan müstəqilliyini əldə etmişdi və SSRİ-dən boşanırdı. Yən ona görə “boşanma dövrü” deyirik, o zaman əmlakın bölünməsi, maraqların yenidən müəyən olunması, yeni əməkdaşlıq formalarının axtarılması məsələsi gündəmdə idi. Mən səfir olmaqla yanaşı Azərbaycanın baş nazirinin müavini statususnu daşıyırdım və mənə Rusiya ilə ikitərəfli sazişlər imzalamaq səlahiyyəti verilmişdi. Səfir olduğum müddətdə Rusiya ilə  Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri əhatə edən 32 saziş imzalandı və bu sənədlərdə mənim imzam var. Bu sazişlər borcların silinməsi, hərbi sənaye, səhiyyə, təhsil, iqtisadiyyat, ticarət, humanitar və digər sahələri əhatə edirdi. Çətin də olsa işin öhdəsindən gəldik.”

Əsas mövzular