07:47 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
22601

XIN: Uyğurlar konstitusiya qaydalarına uyğun olaraq ibadət haqqı azadlığından faydalanırlar.

BAKI, 6 iyul – Sputnik. Çin hökuməti ölkənin Sincan vilayətində Uyğur türklərinin yaşadığı bölgələrdə dini ibadətlərə, o cümlədən oruc tutulmasına qadağa qoyulduğu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Ölkə ərazisində yaşayan müsəlmanlara qarşı dini, irqi və milli ayrı-seçkilik olunmur. Uyğurlar sülh içərisində yaşayırlar və öz həyatlarından məmnundurlar. Onlar da konstitusiya qaydalarına uyğun olaraq ibadət haqqı azadlığından faydalanırlar”, deyə Çin Xarici İşlər nazirliyinin bəyanatında qeyd olunur.

Son zamanlar mediada və sosial şəbəkələrdə Çin hökumətinin müsəlmanlara zülm etməsi ilə bağlı şəkil və paylaşmalar çoxalıb. Çin hökumətinin uyğurlara oruc tutmağı qadağan etdiyi, oruc tutanlara zorla su içirdildiyi, yalnız müsəlman olduqları üçün insanların işgəncəyə məruz qaldığı haqda çoxsaylı məlumatlar yayılır. 

Əsas mövzular