00:44 26 Sentyabr 2017
Canlı yayım
Nikolay Patruşev - Rusiya Təhlükəsizlik Şurasının katibi

Patruşev: Qərb sanksiyalarının məqsədi RF rəhbərliyini dəyişməkdir

Azərtac
SİYASƏT
Qısa URL
1211

Rusiya Təhlükəsizlik Şurasının katibi: Sanksiyaların tətbiq edilməsi yaxşı haldır.

BAKI, 4 iyul — Sputnik.  Qərb sanksiyalarının məqsədi Rusiya rəhbərliyinin dəyişilməsidir.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.  

“Rusiyaya qarşı iqtisadi potensialın zəifləməsinə istiqamətlənmiş sanksiyalar tətbiq olunur. Bunların məqsədi apardığımız siyasətə təsir etmək və, prinsipcə,  ölkədəki rəhbərliyin dəyişilməsidir”, deyə o qeyd edib.   

Patruşev qeyd edib ki, sanksiyalar ziyan verməklə yanaşı yeni imkanlar da yaradır. “Mən hesab edirəm  ki, sanksiyaların tətbiq edilməsi yaxşı haldır”, deyə Patruşev bildirib.   

O qeyd edib ki, Rusiya iqtisadiyyatına ziyanı sanksiyalar yox, daha çox karbohidrogen ehtiyatlarının  ixracından və texnologiyaların idxalından asılılıq vurur.    

“Hazırda bunlardan qurtulmaq üçün tədbirlər planı hazırlanır”, deyə o qeyd edib.

Əsas mövzular