10:38 25 İyul 2017
Canlı yayım
Minnesota ştatının Senatı

Minnesota ştatının parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi

huffpost.com
SİYASƏT
Qısa URL
3101

Minnesota ştatının Nümayəndələr Palatası Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cumhuriyyəti) yaradılmasının 97-ci ildönümünə həsr edilən qətnamə qəbul edib.

BAKI, 25 iyun — Sputnik. Minnesota ştatının Nümayəndələr Palatası Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cumhuriyyəti) yaradılmasının 97-ci ildönümünə həsr edilən qətnamə qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, qətnamədə 1918-ci ildə yaradılmış Azərbaycan Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu və Azərbaycanın ABŞ-dan belə öncə 1919-cu ildə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb.

Bununla yanaşı, sənəddə 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi və müstəqillik dövründə ölkəmizin qlobal təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli bir regionda ABŞ-ın vacib tərəfdaşına çevrildiyi qeyd edilib.

Əsas mövzular