19:42 23 İyun 2017
Canlı yayım
Milli Şura mitinq

AMİP: Milli Şuraya mitinq üçün yer ayrılmamalıdır

azpolitika.info
SİYASƏT
Qısa URL
7 0 0

Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur, deyə Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib.

BAKI, 29 may — Sputnik. Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.

O, Milli Şuranın xarici qüvvələr tərəfindən idarə olunduğunu iddia edərək, AMİP-in bu mitinqdə iştirak etməyəcəyini bildirib.

Bağırzadə Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyini xatırladıb: “Mən bir məsələni anlaya bilmirəm, Bakı Şəhər İcra Hakimiyyəti rəsmi qeydiyyatda keçməyən bir təşkilatın mitinqlə bağlı müraciətinə niyə cavab verir? Mən hesab edirəm ki, qeydiyyatdan keçməyən təşkilata Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün yer ayırmamalıdır”.

Əsas mövzular