19:01 24 Noyabr 2017
Canlı yayım
Müxalifət liderləri

Ekspert: Müxalifəti qara günlər gözləyir

Abbas Atilay
SİYASƏT
Qısa URL
12 0 0

Son dövrlərdə AXCP və Müsavatdaxili münaqişələr köhnə düşüncəlilərlə yeni düşüncəlilər arasındakı mübarizənin təzahürüdür.

BAKI, 29 may — Sputnik. Son dövrlərdə AXCP və Müsavatdaxili münaqişələr köhnə düşüncəlilərlə yeni düşüncəlilər arasındakı mübarizənin təzahürüdür.

Bunu Sputnik-ə açıqlamasında AXCP sədrinin sabiq müavini, politoloq Razi Nurullayev deyib.

“Son günlərdə AXCP və Müsavatda baş verənlərdən sadəcə təəssüf hissi keçirirəm. Mən onlara yaxşı bir iş arzulayıram ki, başları işə qarışsın və dedi- qodu etməyə vaxtları qalmasın, ondan uzaq olsunlar. Çünki müxalifətin qarşısında ölkənin demokratikləşməsi kimi ağır missiyası var. Qoy müxalifət bu missiyasını yerinə yetirmək üçün öz düzgün strategiyasını müəyyən edib bu istiqamətdə normal fəaliyyət göstərə bilsin”, — deyə Nurullayev bildirib.

Onun sözlərinə görə, bugünkü müxalifət liderləri artıq uzun illərdir ki, müxalifətdədirlər və artıq könüllü olaraq tutduqları postlardan istefa verməlidirlər: "Artıq bir çox insan müxalifətdən pensiyaya çıxıb, dünyasını dəyişib, xaricə gedib. Bu proses yaxın gələcəkdə daha da  sürətlənəcək. İnsanların da səbrinin müəyyən bir  həddi var. Onların səbri tükənəcək və özlərinə hansısa bir yol seçimi qarşısında qalacaqlar. Ya müxalifətdən gedəcəklər, ya da müxalifətdə qalıb öz liderlərinə qarşı kəskin mübarizəyə başlayacaqlar. Bu da yeniliklə köhnəliyin bir mübarizə mərhələsi olacaq. Hazırda başlanan proses də məhz bunun təzahürüdür. Cəmiyyətin digər sahələrində yeniliyə ehtiyac olduğu kimi müxalifətin də yeniləşməsinə ciddi ehtiyac var. Müxalifət liderləri özləri islahata getməzlərsə, o zaman çətin anlar yaşanacaq. Odur ki, müxalifət  liderləri könüllü olaraq 20-30 il ərzində tutduqları postlardan istefa verməli, bununla da yeniliyə imza aymalıdırlar. Müxalifətin müqəddəratı məhz bu yoldan keçir. Müxalifətin cavanlaşmasına, dinamikləşməsinə ehtiyac var. Əgər onlar tarixdə hörmətlə anılmaq istəyirlərsə, o zaman könüllü olaraq kənara çəkilməli, gəncliyə yol verməlidirlər.”

Nurullayev onu da əlavə edib ki, artıq dedi-qodu, şayiələr, xəyallar üzərində siyasət qurmağın vaxtı keçrib. 

“Müxalifətin üzərində böyük missiya var və müxalifət daha böyük işlərlə məşğul olmalıdır. Daha kiçik məsələlərlə baş qatıb, intriqalarla məşğul olmaq vaxtı deyil. Bütün bunlar müxalifəti cəmiyyətin gözündən salır”, — deyə politoloq əlavə edib. 


Əlaqədar

Azərbaycan müxalifətində istefalar

Əsas mövzular