08:37 18 Noyabr 2017
Canlı yayım
Azərbaycan bayrağı

Azərbaycanın strateji seçim etmək zamanı yetişib

konstitusiya.info
SİYASƏT
Qısa URL
16 0 0

Azərbaycan artıq geopolitik və geostrateji qarşıdurma xəttində yerləşdiyindən ölkəmizə qarşı təzyiqlər artacaq, deyə Sülhəddin Əkbər bildirib.

BAKI, 27 may — Sputnik. Artıq Azərbaycanın strateji seçim etmək zamanı yetişib.

Bunu  Sputnik-ə açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. 

Onun sözlərinə görə, artıq Azərbaycan geopolitik və geostrateji qarşıdurma xəttində yerləşdiyindən ölkəmizə qarşı təzyiqlər artacaq: 

“Belə ki, hazırda geosiyasi qarşıdurma xətti Baltik, Qara dəniz və Xəzər dənizindən, geostrateji qarşıdurma xətti isə GUAM ölkələrindən keçir. Hər iki halda Azərbaycan bu qarşıdurma xəttinin üzərindən keçdiyindən bütün proseslər hiss olunmaqdadır və getdikcə qarşıdurma daha da dərinləşəcək. Məhz Ukrayna böhranından sonra Azərbaycan və Ermənistan hərbçilərinin təmas xəttində atəşkəsin pozulmasının mütəmadi hal alması və gərginliyin  yaranması təsadüfi deyil və elə bunu adıçəkilən qarşıdurmanın yan konturları hesab etmək olar.”

S. Əkbərin fikrincə, ABŞ  Rusiya ilə mübarizədə yaranmış qarşıdurmadan qalib çıxmaq üçün ilin əvvəlində öz milli təhlükəsizlik konsepsiyasını dəyişmək məcburiyyətində qaldı: 

“ABŞ-la yanaşı NATO və Avropa Birliyi də öz təhlükəsizlik strategiyasına yeniliklər etməli oldu. Bu dəyişikliklərin əsas prioriteti  Rusiyadan gözlənilən təhlükə və təhdilərin qarşısını almaq, yəni Rusiyanın durdurmaq məqsədi daşıyır. Ona görə də bu plan “Rusiyanı durdurmaq” planı adlanır.

Digər tərəfdən yeni strategiya GUAM üzvü olan Ukrayna, Moldova və Gürcüstana hərtərəfli siyasi, iqtisadi və hərbi yardımlar etməkdən ibarətdir. Xüsusən də bu ölkələrin ordusunun NATO standartları səviyyəsində təşkil edilməsi və onların döyüş qabliyyətinin artırlmasına xüsusi önəm verilir. NATO-nun Gürcüstanda hərbi təlim bazasının yaradılması, ağır hərbi texnikanın iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi Qara dənizdən bizim qonşuluğumuzda yeni hərbi xəttin açılması deməkdir ki, bu da Rusiya tərəfindən etirazla qarşılanır. Vəziyyət getdikcə gərginləşir və qarşıdurma tərəfləri Azərbaycandan ortaya konkret mövqe qoymağı tələb edirlər. Kiminləsən?!. Hər iki geopolitik gücun döyüş nöqtəsində yerləşən, MDB, GUAM və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” üzvü olan Azərbaycan öz strateji seçimini hələ də etməyib. Bu seçimin edilməməsi müəyyən dövrədək siyasi hakimiyyətə manevr etmək imkanı yaradır, amma qarşıdurmanın kəskinləşdiyi bir dövrdə  bu maraqlarımıza xidmət etmir. Əksinə ziyanımıza işləyir. Digər tərəfdən seçimin edilməməsi etibarsızlıq mühiti yaradır. Yəni tərəflər artıq Azərbaycana o qədər də inanmırlar. Nəticədə Azərbaycana təzyiqlər artmağa başlayır və bu getdikcə daha da artacaq. Vəziyyət isə ölkəmiz ətrafında mürəkkəbləşəcək. Odur ki, seçim etməyin vaxtı çatıb. Hesab edirəm ki, artıq Azərbaycanın öz milli təhlükəsizlik Konsepsiyasında olduğu kimi Avro-atlantik məkana inteqrasiya ilə bağlı qərarını sürətləndirməli və sözdən əməli fəaliyyətə keçməlidir. Bundan əlavə olaraq ölkədə milli birliyə nail olmaq üçün siyasi, iqtisadi, demokratiya sahəsində islahatlar prosesini sürətləndirməli, ordu quruculuğuna diqqəti artırmalıdır. Xarici siyastlə daxili siyasət vəhdət təşkil etməlidir və bir-birini tamamlamalıdır.

Əks təqdirdə bizi ciddi təhdidlər gözləyir. Belə ki, bu gün Yaxın Şərqi, dünyanın müxtəlif ölkələrini bürüyən terror aktları bizdən də yan keçməyəcək. Çünki bu güclərin Azərbaycan uğrunda bu metodlardan istifadə edəcəyi istisna deyil və bu real təhlükədir.”

S. Əkbər onu da əlavə etdi ki, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik sahəsindəki əməkdaşlığını real səviyyəyə qaldırmalı və gözlənilən təhlükələr zamanı bir-birinin hərbi yardımından istifadə etmək imkanı olmalıdır: “Bunlar imzalanmış sənədlərdə konkret olaraq əksini tapmalıdır”.

Əlaqədar

28 May ABŞ-da “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Virciniya Ştatı 28 mayı Azərbaycan Milli Günü elan edib
Azərbaycan Riqa Bəyannaməsinə dair Aİ-na bəyanat təqdim edib

Əsas mövzular