08:18 14 Dekabr 2017
Canlı yayım
SİYASƏT

Politoloq: Moskvanın mövqeyində kardinal dəyişikliklər baş verməkdədir

SİYASƏT
Qısa URL
4010

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündən sonra yaranmış vəziyyəti analiz edərək demək olar ki, Qarabağ münaqişəsinin həllində ciddi dönüş ola bilər.

BAKI, 27 may — Sputnik. Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündən sonra yaranmış vəziyyəti analiz edərək demək olar ki, Qarabağ münaqişəsinin həllində ciddi dönüş ola bilər.

Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

“Son Moskva danışıqlarını indiyədək aparılan danışıqlar prosesinin ən səmərəlisi və uğurlusu hesab  etmək olar. Çünki əvvəlki görüşlərdən və danışıqlardan fərqli olaraq bu dəfə Azərbaycanın xarici işlər  naziri Moskvada çox yüksək səviyyədə qarşılandı. Həmçinin görüşün yekunu olaraq protokol da imzalandı. İndiyədək  belə bir pratkia olmamışdı”, — deyə pilotoloq vurğulayıb.

Mayın 25-də Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub və bu görüşdə əsas müzakirə predmeti Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

Onun sözlərinə görə, rəsmi Moskva tərəfindən Azərbaycan tərəfinə ümidverici bəyanatlar səsləndirilməsi də yenilikdir: “Sergey Lavrov bəyan etdi ki, Qarabağ problemi bundan sonra Rusiyanın xarici siyasətinin prioritetini təşkil edəcək. Rusiya bu məsələ ilə məşğul olurdu. Amma bundan sonra daha intensiv formada məşğul olacaq.”

Moskvanın Qarabağ  problemin həllinə yardımçı olacağı halda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulması ilə bağlı təkliflərə mövqeyini açıqlayan politoloq bildirib ki, Azərbaycan tərəfi dəfələrlə ərazi bütövlüyü təmin olunmadan nə Avrasiya İqtisadi Birliyinə, nə də Gömrük ittifaqına girmək niyyətinin olmadığını bəyan edib: “Yaranmış vəziyyəti belə izah etmək olar. Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilir və bundan sonra Azərbayacan Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ilə bağlı məsələyə müsbətt reaksiya verir. Bunun üçün artıq zəmin var.”

Poliroloq bildirib ki, Riqa sammiti bunun üçün ciddi zəmin yaratdı: “Əgər belə demək mümkünsə Azərbaycan Riqa sammitində Rusiyanın maraqlarına uyğun çıxış etdi. Bir növ Rusiya ilə həmrəyliyini nümayiş etdirdi. Indi isə top Rusiyanın meydançasındadır, görək cavab necə olacaq?!”

Politoloqun fikrincə, Azərbaycanın bu addımından sonra Rusiya Qarabağ məsələsində  obyektivlik nümayiş etdirib, problemin həllinə öz töhfəsini verməlidir: “Üstəlik Rusiyanın indiki çətin dövründə Azərbaycan kimi dövlətin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına daxil olması Rusiyanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi baxımından mühüm rol oynayacaq. Zənnimcə, bu məsələlərdə qarşılqlı sövdələşmə hər iki tərəf üçün faydalı olardı. Bu deyilənlərin reallaşması üçünsə Rusiyanın səmimiyyət göstərməsi vacib şərtdir. Rusiya  ilə bu istiqamətdə artıq bir neçə ildir ki, danışıqlar aparılır. Gedən proseslər danışıqların sona yetməsi təsirini bağışalyır. Artıq Rusiyanın  mövqeyində də kardinal dəyişikliklərin baş verdiyinin şahidi olmaqdayıq. Bu nöqteyi-nəzərdən baş verən proseslərin ümidverici olduğuna inanıram.”


Əlaqədar

ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir
Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır
Lavrov: Qarabağ probleminin həlli xarici siyasətimizin prioritetidir
Teqlər:
yenilik, ümidverici bəyanat, Qarabağ problemi, ərazi bütövlüyü, protokol, Qarabağ münaqişəsi, Riqa sammiti, Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi, Sergey Lavrov, Qabil Hüseynli, Moskva, Azərbaycan, Rusiya

Əsas mövzular