02:30 24 İyun 2017
Canlı yayım
İrəvan etiraz aksiyası

Sabah ermənilər küçələrə axışacaq

freedomhouse.org
SİYASƏT
Qısa URL
14 0 0

Mayın 27-də Ermənistanda, paytaxt İrəvanın Azadlıq meydanında “Soyğuna yox” adı altında nümayiş keçiriləcəyi bildirilir.

BAKI, 26 may – Sputnik. Mayın 27-də Ermənistanda, paytaxt İrəvanın Azadlıq meydanında “Soyğuna yox” adı altında nümayiş keçiriləcəyi bildirilir.

Aksiyaya səbəb enerji qiymətlərində olan bahalaşmadır. 

Bu barədə aksiya təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan mayın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

"Təşəbbüsümüzə çoxlu sayda vətəndaşın qoşulacağına ümid edirəm. Çünki aksiya ilə maraqlananların sayı çoxdur. Heç şübhəsiz, vətəndaşlarımız mübarizəyə hazırdır. Qiymətlərin qaldırılması əsassızdır. Bunu Ermənistan əhalisi bilir. Ona görə də vətəndaşlarımız elektirk şəbəkəsinin borcunu öz cibindən ödəmək istəmir", deyə o əlavə edib. 

Məlumata görə, Gümrü, Sisyan, Metsamor, İcevan və başqa şəhərlərdə də nümayişlər keçiriləcək.


Əsas mövzular