19:22 23 İyun 2017
Canlı yayım
Firdovsiyə Əhmədova tarixçi

Ekspert: Ermənilərin Qafqazda dövlət qurmaq planları olmayıb

sputnik.az
SİYASƏT
Qısa URL
7010

"Rossiya seqodnya" Beynəlxalq informasiya agentliyinin Beynəlxalq mətbuat mərkəzində Azərbaycan Demokratik Respublikasının yaranmasının 97 illiyi ilə bağlı tədbir keçirilib.

BAKI, 26 may — Sputnik. Bu gün "Rossiya seqodnya" Beynəlxalq informasiya agentliyinin Beynəlxalq mətbuat mərkəzində "Ehtiyatlı ol, tarix!" layihəsi çərçivəsində ekspertlərin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 97 illiyi ilə bağlı tədbir keçirilib.

Qafqaz tarix mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin qonaqları rusiyalı tarixçi Oleq Kuznetsov, AMEA Tarix İnstitutunun şöbə rəisi İradə Bağırova və Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının rəhbəri Firdovsiyə Əhmədova olublar. Tədbir Qafqaz bölgəsinin 20-ci əsrin əvvəllərindəki vəziyyətini əks etdirən “Alternativ tarix” adlı filmin 3 dəqiqəlik treyleri ilə başlayıb. Daha sonra çıxış edən İradə Bağırova ADR-in necə qurulduğu barədə jurnalistlərə geniş məlumat verib. Dövlət İdarəçilik akademiyasının kafedra müdiri Firdovsiyə Əhmədovanın çıxışı isə daha yadda qalan olub. O, Azərbaycan Demokratik Respublikası barəsində bir çox bilinməyən gerçəkləri açıqlayıb. F.Əhmədova, 20-ci əsrdə yaşamış bolşevik rus tarixçilərin dedikləri fikirləri səsləndirib. 

“Bəzi rus bolşevikləri bildirirdilər ki, əgər Azərbaycan Demokratik Respublikasının ömrü 23 ay yox, uzun olsaydı, Türkiyəni bütün sahələrdə geridə qoyardı”, deyə F. Əhmədova qeyd edib. 

Tədbirdə, bugün bəzi tarixçilərin o dövr ADR rəhbərlərini pisləməsinə də münasibət bildirilib. 

“O dövrlə bugünki dövrü müqayisə etmək doğru deyil. Rusiyada baş verən bolşevik inqilabı, 1-ci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti, üstəlik ermənilərlə milli zəmində tez-tez yaşanan qarşıdurmalar siyasi gedişata da təsir göstərirdi. Üstəlik bolşevik Rusiyanın ciddi təzyiqləri də nəzərə alınmalıdır”, deyə Əhmədova qeyd edib. 

Ermənilərin Qafqazda dövlət qurmaq maraqları heç vaxt olmayıb deyən tarixçi söyləyib ki, onlar bu fikrə şərqi Anadoludan Qafqaz bölgəsinə sürgün edildikdən sonra düşüblər.

“İrəvan da daxil olmaqla hazırki Ermənistanın bütün torpaqları tarixi azəri-türk əraziləridir. 1-ci Dünya müharibəsi dövründə Osmanlı imperiyasına qarşı düşmən qüvvələrə satqınlıq etdikləri üçün ermənilər əsrlərlə yaşadıqları Şərqi Anadoludan sürgün edildilər. Ruslar da onları bizim torpaqlarımıza yerləşdirdi. Təbii ki o dövrdə buna qarşı çıxmaq imkansız idi”, deyə F.Əhmədova əlavə edib.

Tədbirdə qeyd olundu ki, bütün çətinliklərə rəğmən, Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində beynəlxalq hüquqa əsaslanan dövlət yaratmışdı. Qadınlara Şərqdə ilk dəfə olaraq seçki hüququ verilmişdi. Hətta bir çox bölgələrdə ermənilərin ağır vəziyyəti nəzərə alınaraq onlar bütün vergilərdən azad edilmişdilər. Xristian Provaslav kilsəsinin tikilməsi üçün də vəsait ayrılmışdı. 

Sonda tədbirin təşkilatçısı, Qafqaz tarix mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, İrəvan şəhərinin tarixi, o cümlədən ermənilərin kökü ilə bağlı silsilə filmlər çəkiləcək. Bu sənədli kinolar müxtəlif dillərə tərcümə olunacaq.   


Əsas mövzular