19:46 15 Dekabr 2017
Canlı yayım
Milli Şura mitinq

Milli Şura yaxın saatlarda mitinqlə bağlı konkret qərar verəcək

azpolitika.info
SİYASƏT
Qısa URL
5 0 0

Demokratik Qüvvələrin Milli Şurası (Milli Şura) yaxın saatlarda mayın 30-da keçriləcək mitinqlə bağlı konkret qərar verəcək.

BAKI, 26 may — Sputnik. Demokratik Qüvvələrin Milli Şurası (Milli Şura) yaxın saatlarda mayın 30-da keçriləcək mitinqlə bağlı konkret qərar verəcək. 

Bunu Sputnik-ə açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

Onun sözlərinə görə, saat 12.00-da Milli Şuranın mitinqlə bağlı xüsusi toplantısı olacaq və orada Bakı şəhər meriyasının mitinqlə bağlı qərarı müzakirə olunacaq: “Bildiyiniz kimi Milli Şura mayın 31-də saat 17.00-dan 19.00-dək mitinq keçriməklə bağlı meriyaya müraciət etsə də, meriya mayın 30-da saat 15.00-dan 17.00-dək aksiya keçirməyə razılıq verib. Odur ki, yaranmış situasiya Milli Şurada müzakirə olunaraq müvafiq qərar veriləcək.”

G. Bayramlı onu da əlavə edib ki, artıq dünəndən etibarən sosial şəbəkələrdə fəallar aksiyanın meriyanın icazə verdiyi tarixdə keçrilməsi ilə bağlı çoxsaylı müraciət ediblər: “Hesab edirəm ki, Milli Şura rəhbərliyi bu müraciəti nəzərə alaraq qəti mövqe bildirəcək. Hesab edirəm ki, meriyanın icazə verdiyi tarixdə və vaxtda aksiya keçrimək mümkündür.”

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə cavabda deyilir ki, qurum "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqi keçirə bilər.

Təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.

Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasının məqsədəuyğun olunduğu bir daha qeyd olunub.

Daha öncə Milli Şura mayın 17-də aksiya keçriməklə bağlı Bakı Şəhər icra hakimiyyətinə müraciət etsə də, meriya mayın 16-na icazə verdiyindən, qurum aksiyanı keçirməkdən imtina etmişdi.


Əlaqədar

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi
Teqlər:
aksiya, müraciət, mövqe, meriya, müzakirə, qərar, Mitinq, Bakı şəhər İcra Hakimiyyəti, Milli Şura, AXCP, Gözəl Bayramlı, Yasamal, Bakı

Əsas mövzular