11:16 22 Noyabr 2017
Canlı yayım
Milli Şura mitinq

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

azpolitika.info
SİYASƏT
Qısa URL
14 0 0

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib.

BAKI, 25 may — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib.

Sputnik xəbər verir ki, Bakı şəhər meriyası "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verilib.

Təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.

Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasının məqsədəuyğun olunduğu bir daha qeyd olunub.

Daha öncə Milli Şura mayın 17-də aksiya keçriməklə bağlı Bakı Şəhər icra hakimiyyətinə müraciət etsə də, meriya mayın 16-na icazə verdiyindən, qurum aksiyanı keçirməkdən imtina etmişdi.

Milli Şura sədri Cəmil Həsənli Sputnik-ə açıqlamasında bildirib ki, bu məsələ təşkilatda müzakirə olunduqdan sonra konkret qərar veriləcək: "İndiki halda mən aksiyanın yenidən təxirə salınıb-salınmayacağı ilə bağlı konkret nəsə deyə bilmərəm."

AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı bir müddət öncə bildirmişdi ki, bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşa bilərlər: "Bunu məktubumuzda da qeyd etmişik. Belə ki, məktubda göstərmişik — əgər mitinqin ayın 31-də keçirilməsinə razılıq verilmirsə, o zaman ayın 30-da Nərimanov metro stansiyası yanındakı kinoteatr qarşısında mitinqə və ya "20 Yanvar" dairəsindən keçmiş "Qələbə" meydanına qədər yürüşə icazə verilsin. Biz bu qayda ilə razıyıq."

Teqlər:
cavab, müraciət, şənbə, kinoteatr, razılıq, aksiya, Mitinq, Bakı şəhər İcra Hakimiyyəti, Milli Şura, AXCP, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Yasamal, Azərbaycan, Bakı

Əsas mövzular