19:04 24 Noyabr 2017
Canlı yayım
Hollivud senat

Hollivudda mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

© AZƏRTAC
SİYASƏT
Qısa URL
611

Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 2015-ci il 28 may tarixini "Azərbaycan Milli Günü" elan edib.

BAKI, 25 may — Sputnik. Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 2015-ci il 28 may tarixini "Azərbaycan Milli Günü" elan edib. Bununla bağlı şəhər meri Lindsey Horvath və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verilib. Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il əvvəl verilib.

Ötən 20 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın tərəfdaşına çevrildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 may tarixini Milli Gün kimi qeyd edir.

Sonda 28 may tarixinin Qərbi Hollivud şəhərində "Azərbaycan Milli Günü" olduğu bəyan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.

 

Teqlər:
respublika, şəhər, elan, bəyannamə, Azərbaycan Milli Günü, Şəhər Şurası, Lindsey Horvath, ABŞ, Qərbi Hollivud, Los-Anceles, Kaliforniya, Azərbaycan

Əsas mövzular