02:29 24 İyun 2017
Canlı yayım
əməkdaşlıq

Azərbaycan-Rusiya əməkdaşlığının dərinləşdirilməsi siyasəti alqışlanır

vdvesta.ru
SİYASƏT
Qısa URL
2801

Rəsmi Moskva Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində tutduğu ardıcıl xətti çox yüksək qiymətləndirir.

BAKI, 25 may — Sputnik. Rəsmi Moskva Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində tutduğu ardıcıl xətti çox yüksək qiymətləndirir.

Sputnik xəbər verir ki, bunu Rusiya XİN Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri ilə bağlı bəyan edib.

"Bu baxımdan da biz Elmar Məmmdəyarovun Moskvaya səfərini Rusiya və Azərbaycan arasındakı siyasi dialoqun inkişaf etdirilməsi istiqamətində atılan addımlar kontekstinin davamı kimi dəyərləndiririk", deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında vurğulanır.

Rusiya XİN bir daha bəyan edir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər bölgəsində vacib strateji tərəfdaşıdir: "Ona görə də Bakı ilə əlaqələrimizi bərabərhüquqlu, qarşılıqlı maraqlara hörmət və mehriban qonşuluq əsasında qururuq. Bizim qarşılıqlı əlaqələrimizin prinsip və prioritetlərini müəyyən edən əsas sənəd 1997-ci il 3 iyulda iki ölkə arasında imzalanmiş Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Əlaqələrimizə növbəti təkanı verən sənəd isə 3 iyul 2008-ci ildə imzalanan Dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamədir."

2014-cü ildə iki ölkə arsındakı ticarət dövriyyəsi 4 milyard dollar təşkil edib. Hazırda 15 sentyabr 2014-cü ilə Hökumətlərarası birgə komissiyasında qəbul edilmiş qərarların icrasi istiqamətində aktiv iş gedir. Bundan əlavə, tərəflər iki ölkə arasında 2020-ci ilədək ölkələri arsında uzunmüddətli İqtisadi əməkdalıq Proqramı üzərində işləri yekunlaşdırmaq üzrədirlər.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracınin artırılması istiqamətində də birgə işlər görülür. Bu məqsədlə xüsusu işçi qrup yaradılıb. 

Əlaqədar

XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
XİN: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
XİN: "DQR"-in müstəqilliyinin tanınması barədə məlumat təxribatdır

Əsas mövzular