08:17 14 Dekabr 2017
Canlı yayım
SSRİ xalq deputatlarının birinci qurultayı

Sonun başlanğıcı

mn.ru
SİYASƏT
Qısa URL
5201

1989-cu ilin bu günü SSRİ Xalq deputatlarının I qurultayı öz işinə başlayıb.

BAKI, 25 may — Sputnik. 1989-cu ilin bu günü SSRİ Xalq deputatlarının I qurultayı öz işinə başlayıb. Bu tarixi postsovet məkanının yeni tarixnin, ümumiyyətlə SSRİ-nin süqutunun başlanğıc nöqtəsi saymaq olar.

Qurultayın birinci günü Mixail Qorbaçov SSRİ Ali Sovetinin sədri seçilib. Qurultayda bir sıra yeniliklər nəzərə çarpırdı. Məsələn, iclaslar televiziya ilə canlı yayımlanırdı. Bu, SSRİ məkanı üçün yenilik idi və insanlarda şok effekti yaradırdı.

Qurultay sonradan məşhurlaşacaq bir çox insanları tanıtdı. Bunlardan akademik Dmitri Saxarov, Anatoli Sobçak (sonralar Sankt-Peterburqun meri), Qavriil Popov (sonralar Moskva meri), Aleksey Kazannik (sonralar Rusiyanın baş prokuroru), Boris Yeltsin (sonralar Rusiya prezidenti), Yuri Afanasyev (sonralar "Demokratik Rusiya" hərəkatının lideri) və digərlərinin adlarını çəkmək olar.

Qurultay Mixail Qorbaçov — Dmitri Saxarov və Yeqor Liqaçov (Sov. İKP Siyasi Bürosunun üzvü) — Boris Yeltsin qarşıdurmaları ilə də yadda qaldı.

Qurultay öz işini iyunun 9-da başa vurdu.

Əsas mövzular