02:27 28 İyun 2017
Canlı yayım
US President Barack Obama

Obama: ABŞ-ın İraq müharibəsi səhv idi

© AFP / NICHOLAS KAMM
SİYASƏT
Qısa URL
44 0 0

İŞİD terrorçularının Suriya və İraqdakı irəliləyişləri dünya gündəminin əsas mövzusu olmaqda davam edir.

BAKI, 22 may — Sputnik. İŞİD terrorçularının Suriya və İraqdakı irəliləyişləri dünya gündəminin əsas mövzusu olmaqda davam edir.

Son olaraq, İraqın paytaxtı Bağdada 110 km məsafədəki Ramadi şəhərinin İŞİD tərəfindən işğalı ABŞ'da da ciddi mübahisə yaradıb.

Respublikaçı senatorlar prezident Obamanı düzgün strategiya qurmamaqda və məğlubiyyətdə təqsirləndiriblər. İddialarla razılaşmayan Ağ ev rəhbəri Vaşinqtonda dərc olunan Atlantik jurnalına müsahibə verib.

"Biz məğlub olmadıq, müharibə davam edir. Ramadi şəhəri, professional olmayan hərbçilər tərəfindən qorunurdu, onlar bizim təlim keçdiyimiz əsgərlər deyildi", deyə prezident bildirib.

İŞİD Ramadiyə hücum edən zaman, İraq əsgərləri döyüşmədən şəhəri terrorçulara təslim etmişdi. Dövlət başçısı verdiyi müsahibədə özündən əvvəlki Corc Buş administrasiyasını də tənqid edib.

"Hərşeydən əvvəl onu qeyd edim ki, Amerikanın İraq müharibəsi və asgərlərimizin bu ölkəyə girməsi özü səhv idi. Lakin bu səhv addıma rəğmən, İraq xalqı diktatura rejimindən xilas oldu. Əldə edilən fürsəti isə əvvəlki baş nazir Nuri əl-Maliki düzgün dəyərləndirə bilmədi. Sünnilər və kürdlərə qarşı ayrı-seçkilik edildi. Bu da radikal İŞİD terror qruplaşmasının yaranmasına vəsilə oldu".

Obama onu da əlavə edib ki, Əgər İraq xalqı istiqrarlı gələcək üçün vacib olan siyasi razılığa yanaşmaq istəməsə, amerikan əsgərləri onlar üçün terrorçularla döyüşməyəcək.

Ağ ev rəhbəri, İranla davam edən nüvə danışıqlarına da toxunub. O, Tehran hökumətinin nüvə silahına sahib olmamasının ABŞ-ın milli təhlükəsizlik siyasətinin əsas meyarı olduğunu vurğulayıb.

Bu arada, İŞİD-lə mübarizədə Vaşiqntonun verdiyi dəstəyin yetərli olmadığını düşünən İraqın Baş naziri Haydar el-Abadi, Rusiyadan hərbi yardım tələb edib. Moskvada rəsmi səfərdə olan əl-Abadi prezident Putinlə görüşündə bunu açıq-aşkar dilə gətirib.

Putin isə öz növbəsində, sadəcə hərbi deyil, digər sahələrdə də İraqa yardım edəcəklərini söyləyib.

"İraq bizim üçün etibarlı müttəfiqdir. İqtisadi və regional proseslərə olan baxışımız eynidir və əlaqələrimiz uğurla davam edir", deyə Kreml rəhbəri əlavə edib.

 

Əlaqədar

İŞİD qədim Roma şəhərini ələ keçirdi

Əsas mövzular