21:20 25 İyun 2017
Canlı yayım
İlqar Qurbanov

Azərbaycan müxalifətində istefalar

google.az
SİYASƏT
Qısa URL
7 0 0

AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verib.

BAKI, 22 may — Sputnik. Azərbaycan müxalifətində istefalar davam edir.

Sputnik xəbr verir ki, növbəti istefa AXCP-də baş verib. Belə ki, AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verib.

Qurbanov istefasının səbəblərini yaydığı bəyanatda açıqlayıb. O bəyanatda haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib.

"Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq və hər şeyə aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm", — deyə bəyanatda bildirilib.

İsa Qurbanov 2015-ci il martın 10-da şəxsi avtomobilini sərxoş vəziyyətə idarə etməkdə, polisə müqavimət göstərməkdə ittiham olunaraq saxlanılıb və barəsində cinayət işi açılıb.

Əldə edilən məlumatlara görə, son dövrlər AXCP-dən 80-ə yaxın üzv istefa verib. İstefa verənlər adətən bu haqda ictimaiyyətə məlumat verməkdən çəkinirlər. Çünki AXCP sədrinin "facebook" şəbəkəsindəki qrupları istefa verdiyini açıqlayanlar haqda qara piar kampaniyası aparır, onlara qarşı hücumlar edir.

 

Teqlər:
partiya, istefa, azərbaycan, axcp, Azərbaycan, Bakı

Əsas mövzular