19:46 15 Dekabr 2017
Canlı yayım
Avropa İttifaqı

İlham Əliyev və Donald Tusk Azərbaycan-Aİ əməkdaşlığından məmnundurlar

vesti.az
SİYASƏT
Qısa URL
Riqa sammiti (8)
911

Prezident İlham Əliyevvə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivlərini müzakirə ediblər.

BAKI, 21 may — Sputnik. Prezident İlham Əliyevvə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivlərini müzakirə ediblər. 

Sputnik xəbər verir ki, bu barədə məlumat dövlət başçısının rəsmi saytında yayılıb.
Məlumatda bildirilir ki, mayın 21-də Donald Tusk İlham Əliyevə telefonla zəng edərək Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

İlham Əliyev də öz növbəsində Aİ prezidentinə başsağlığına və göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

Dövlət başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib və o da dəvəti məmnunluqla qəbul edib.

 

Mövzu:
Riqa sammiti (8)

Əsas mövzular