02:17 24 İyun 2017
Canlı yayım
Azər Həsrət

Azərbaycan prezidentinin sammitə qatılmaması doğru qərardır - ekspert

gun.az
SİYASƏT
Qısa URL
Riqa sammiti (8)
1511

Ekspert Azər Həsrətin sözlərinə görə, Azərbaycan prezidentinin Riqa zirvəsindən imtinası başa düşüləndir.

BAKI, 21 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Riqada keçirilən Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısına qatılmaması ən doğru qərardır.

Bunu Sputnik-ə açıqlamasında ekspert Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Riqa zirvəsindən imtinası başa düşüləndir: "Çünki yuxarıda da qeyd etdiyim kimi, Aİ diqtə edən tərəf kimi çıxış etdiyi halda prezident Əliyevin o toplantıya qatılmaması ən doğru qərardır. Azərbaycan heç bir beynəlxalq təşkilatın və xarici ölkənin təzyiqləri qarşısında geri çəkilməməlidir. Bizə diqtə etmək istəyənlərə etiraz edilməlidir. Prezidentin Riqadan imtinası bu etirazın bir sübutudur."

"Şərq tərəfdaşlığı" proqramının gələcək fəaliyyət planına toxunan Həsrət deyib ki, təbii olaraq, Avropa İttifaqının Şərqə doğru genişlənməsi və bu bölgədə özünə bufer zona yaratması planları davam edəcək: "Yəni Şərq tərəfdaşlığından imtina perspektivi görünmür. Baxmayaraq ki, Ukrayna, Gürcüstan kimi uğursuz nəticələr göz önündədir."

Azərbaycanın Aİ ilə strateji əməkdaşlıq sahəsində saziş imzalaması niyyətinə gəldikdə, Həsrət bildirib ki, Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq istiqamətində atdığı addımlar təqdir edilməlidir: "Aİ bir qayda olaraq diktə edən tərəf kimi çıxış etmək istəyir. Azərbaycan isə bunu heç bir zaman məqbul saymayıb, saya da bilməz. Odur ki, Brüsselə məhz Azərbaycana qarşılıqlı şəkildə sərf edən təkliflərin göndərilməsi təqdir edilməlidir. Yəni ölkəmiz Aİ ilə də bərabərhüquqlu tərəfdaşlığa hazırdır."

Mayın 21-22-də Riqada Aİ "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin dövlət başçılarının növbəti Zirvə toplantısı keçriləcək. Layihəyə Azərbaycan, Belarus, Ukrayna, Moldava, Ukrayna və Ermənistan daxildir.

 

Layihənin  əsası 2009-cu ildə Praqada qoyulub və məqsəd  Avropa İttifaqının altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərinin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq tərəfdaşlığında məqsəd tərəfdaşlarımızı Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

Mövzu:
Riqa sammiti (8)

Əlaqədar

Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Belarus prezidenti Riqa sammitindən imtina etdi

Əsas mövzular