19:00 24 Noyabr 2017
Canlı yayım
Asim Mollazadə

Azərbaycan AB-nin beynəlxalq normalara riayət etməyini istəyir

© Foto: APA
SİYASƏT
Qısa URL
15 0 0

Millət vəkili Asim Mollazadə düşünür ki, Ermənistan Riqada diqqəti işğalçılıq siyasətindən yayındırmağa çalışacaq.

BAKI, 21 may-Sputnik. Prezident İlham Əliyevin Riqa sammitinə qatılmamasının əsas  səbəbi Avropa Parlamentində Azərbaycana qarşı təşkil olunan tədbirdir.

Bu fikri Sputnik-ə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Riqada keçirilən IV Şərq Tərəfdaşlığı Sammitinişərh edərkən deyib. 

"Bu tədbir təxirə salınmadığına görə Azərbaycan prezidenti bu sammitə qatılmamaq qərarını verib",deyə millət vəkili vurğulayıb. 

O, Azərbaycan-Avropa Birliyi strateji əməkdaşlığına toxunaraq deyib: "Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində müvafiq sazişi artıq imzalanıb. Bu saziş Azərbaycan və Avropa arasında mühüm rol oynayır və oynayacaq. Bundan başqa, Azərbaycan Avropa ilə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə hər zaman əməkdaşlığa hazırdır. Sadəcə, Azərbaycan çox istəyir ki, Avropa Birliyi məhz beynəlxalq normalara və hüququn aliliyinə arxalansın". 

Ermənistanın Riqa sammitindənnə umduğuna şərh verən A.Mollazadə deyib ki, Ermənistan həmişə olduğu kimi burada da beynəlxalq ictimaiyyətin fikrini tamamilə səhv istiqamətə yönəltmək istəyəcək. "Öz işğalçı siyasətini, beynəlxalq  hüquq pozuntularını beynəlxalq qurumların, eləcə də Avropanın gözündən yayındıraraq ört-basdır etməyə çalışacaq. Ermənilərin əsas siyasəti hamını aldadaraq özünü dünya ölkələrinə yaxşı göstərməyəhesablanıb. Bu ölkə hər dəfə dara düşəndə  Avropaya inteqrasiyadan qaçaraq öz sahibinin qucağına qayıtmaq yolunu seçib. Ermənistan Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına qoşulandan sonra, gözlənilənlərin əksinə olaraq, Qərb dövlətləri onun haqqında müsbət fikirlər söyləməyə başlayıblar. Fikrimcə, bu məsələlərdə hüququn aliliyi gözlənilməli, Avropanın bir sıra strukturları bu haqda ciddi düşünməlidirlər."

A.Mollazadə prezidentin Riqaya getməmək qərarının Avropa Birliyi — Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyinə aydınlıq gətirərkən deyib: "Azərbaycan Avropa Birliyinin etibarlı tərəfdaşıdır. Hazırda ölkəmizlə AB arasında həm enerji, həm də strateji tərəfdaşlıqla bağlı sazişlər işlənib hazırlanır. Bu plan həm AB, həm də ölkəmiz tərəfdən müsbət qarşılanıb. Ölkə prezidentinin Riqa sammitində iştirak etməməsi tərəfdaşlar arasında heç bir ciddi problemə səbəb olmayacaq."

DİP sədri Avropa Birliyinin Azərbaycana qarşı ikili standartlar siyasəti yeritdiyini də dilə gətirib. Deyib ki, Ukraynanın ərazisinə müdaxilə edən Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr də, 20 ildən çoxdurAzərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı nəinki sanksiya, əksinə tərəfdaşlıq təklif olunur."

Əsas mövzular