02:22 24 İyun 2017
Canlı yayım
Клинтон и Обама

Klinton Obama Twitter-də bir-biriləri ilə zarafat ediblər

lifenews.ru
SİYASƏT
Qısa URL
1 0 0

Barak Obama bazar ertəsi Twitter-ə qoşulub, hazırda onun izləyicilərinin sayı 1,5 vilyon nəfərdən çoxdur

BAKI, 20 may — Sputnik. ABŞ-ın keçmiş prezidenti Bill Klinton və hazırkı dövlət başçısı Barak Obama sonuncu Twitter-ə qoşulduqdan sonra bu sosial şəbəkədəki mikrobloqlarında bir-biriləri ilə zarafat ediblər. 

Bill Klinton Obamanı sosial şəbəkənin yeni istifadəçisi kimi salamlayaraq @POTUS (ABŞ prezidenti) akkauntunun Ağ Evin sərəncamında qalıb-qalmaycağını soruşub.

Obama cavab verib ki, Klintonun sualı çox vacibdir və akkaunt Ağ Evin sahibinə məxsusdur. O həmçinin Klintondan hazırda Mişel Obamaya məxsus FLOTUS (birinci ledi) akkauntuna namizəd tanıyıb-tanımadığını soruşub.
@FLOTUS (First Lady Of The United States) akkauntu birinci lediyə məxsusdur və ABŞ prezidenti qadın seçilərsə, onun ərinin necə adlandırılacağı hələ məlum deyil.

Barak Obama bazar ertəsi Twitter-ə qoşulub, hazırda onun izləyicilərinin sayı 1,5 vilyon nəfərdən çoxdur, deyə RİA Novosti məlumat verir.

Əsas mövzular