03:01 18 Noyabr 2017
Canlı yayım
Pakistan nüvə raketi

Səudiyyə Ərəbistanının gizli planı üzə çıxıb

masterok.livejournal.com
SİYASƏT
Qısa URL
1101

Pakistan Səudiyyəyə nüvə başlıqlı raketlər göndərəcək

BAKI, 19 may – Sputnik. İranın Qərb dövlətləri ilə razılaşaraq nüvə fəaliyyətinə davam etməsi Yaxın Şərq və Ərəb yarımadasında ciddi müzakirələrə və böhrana səbəb olmuşdu. Bununla bağlı İngiltərə mətbuatı yeni iddia ortaya atıb.

Times qəzetinin məlumatına görə, artıq Səudiyyə Ərəbistanı İrandan gələ biləcək təhlükələrə qarşı Pakistanla nüvə əməkdaşlığına hazırlaşır. Məqalədə qeyd olunur ki, Ər-Riyad hökuməti sözügedən əməkdaşlıqla bağlı Ağ Evi məlumatlandırıb.

Xatırladaq ki, Səudiyyə kralı Abdullah, amerikalı rəsmilərlə görüşündə, İranın nüvə silahı əldə edəcəyi təqdirdə, ölkəsinin də eyni addımı atacağını bildirmişdi. Eyni sözləri eks-kəşfiyyat rəhbəri şahzadə Turki əl Faysal da Cənubi Koreyada qatıldığı təhlükəsizlik zirvəsində təkrarlamışdı. İranın nüvə fəaliyyəti ilə bağlı ən yaddaqalan bəyanatı da məhz Turki əl Faysal dilə gətirib. Faysal ABŞ hökumətinin Şimali Koreya nümunəsinnən dərs almadığını, Tehranla imzalanan müqavilədə eyni səhvi təkrarladığını ifadə edib.

Bölgədə gedən prosesləri dəyərləndirən İngiltərənin xarici işlər naziri Lord David Owen də iddialara münasibət bildirib. “Pakistan Səudiyyə Ərəbistanına hər an nüvə başlıqlı raketlər göndərə bilər”, deyə Owen qeyd edib.

Səudiyyə Ərəbistanının uzun müddətdir ki, Pakistanın hərbi və infrastruktur layihələrinə dəstək verdiyi məlumdur. Rəsmi İslamabad hökuməti aldıqları dəstəyin yardım məqsədli olmadığını, nüvə razılığı əsasında həyata keçirildiyini açıq etiraf etmişdi.

Maraq doğuran digər bir məqam, İranın nüvə proqramına sərt şəkildə etiraz edən İsrailin, eyni reaksiyanı Səudiyyə Ərəbistanı üçün göstərməməsidir. Tehran hökumətinin ünvanına hər dəfə sərt bəyənatlar səsləndirən İsrailin Baş Naziri Binyamin Netanyahu, İranla əldə olunan razılığın, dünya üçün çox ciddi təhlükə olduğunu və Amerikanın maraqlarına zidd təşkil etdiyini söyləmişdi. Yarımadadakı digər dövlətlərin də nüvə proqramına qoşulacaqları istisna edilmir. Lakin istənilən halda, ərəb ölkələrinin nüvə sahəsində olan fəaliyyətləri Amerika Birləşmiş Ştatlarının icazəsi əsasında həyata keçiriləcək.

Yaxın Şərqdə baş verən hadisələri izləyən mütəxəssislər bölgədə nüvə yarışının sürətlə yayılacağından ehtiyat edirlər.

Türkiyə ilə Rusiya arasında imzalanan müqavilə buna nümanədir. Yada salaq ki, Mərsin Akkuyu Nüvə Tədqiqat Mərkəzinin təməlqoyma mərasimi bu ilin aprelin 14-də keçirilib. Stansiyanın 2020-ci ildə təhvil veriləcəyi proqnozlaşdırılır. 

Əsas mövzular