02:19 24 İyun 2017
Canlı yayım
GUAM

Azərbaycan səfiri GUAM-a başçılıq edəcək

112.ua
SİYASƏT
Qısa URL
701

Mayın 15-də Bratislavada GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 25-ci iclası keçirilib

BAKI, 16 may — Sputnik. Mayın 15-də Bratislavada GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 25-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.

İclasda Azərbaycan tərəfini xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

GUAM XİNŞ BMT Baş Məclisinin 69-cu sessiyasında qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM arasında əməkdaşlıq” haqqında qətnamənin qəbul edilməsi ilə bağlı məmnunluğunu bildirib, GUAM-ın BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlığın möhkəmlənməsi haqqında Siyasi Bəyannaməyə töhfəsini vurğulayıb.

Tərəflər GUAM-ın baş katibinin ATƏT-in Daimi Şurasında çıxışını alqışlayaraq GUAM-ın məqsəd və vəzifələrinin önə çəkilməsi üçün onun əhəmiyyətini vurğulayıb və belə çıxışlar praktikasını bundan sonra da davam etdirməyi tövsiyə ediblər.

İclasda kompleks sahəvi əməkdaşlıq məsələləri, o cümlədən iqtisadiyyat və ticarət sahəsində, hüquq mühafizə sahəsində məsələlər müzakirə olunub, habelə 2015-1016-cı illər üçün mədəniyyət və turizm üzrə işçi qrupunun əlaqələndiricisi qismində Moldova təsdiq edilib.

GUAM XİNŞ bir sıra təşkilati məsələlər, o cümlədən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyevin GUAM-ın baş katibi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.

Müşavirədə GUAM-ın başqa dövlətlər və beynəlxalq təşkilatlar ilə əməkdaşlığı məsələləri də müzakirə edilib.

GUAM XİNŞ növbəti iclasını BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirmək, dəqiq tarixini isə diplomatik kanallarla razılaşdırmaq qərarına gəlib.

Əsas mövzular