18:57 24 Noyabr 2017
Canlı yayım
İlham Əliyev Karin Ştrents

Prezident: İkili standartlar ictimai fikrə mənfi təsir edir

azertag.az
SİYASƏT
Qısa URL
1421

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

BAKI, 14 may – Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Karin Ştrents xatirə hədiyyəsini dövlət başçısına təqdim edib.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri K. Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edən prezident İ. Əliyev Almaniyaya səfərini və orada keçirdiyi səmərəli görüşləri məmnunluqla xatırlayıb.

K. Ştrents Azərbaycanın bu il tarixi bir hadisənin — birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu deyib. Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğulayan K. Ştrents ikili standartların olmaması, ədalətli mövqenin olması üçün çalışacaqlarını bildirib. “İkili standartlar bizi də narahat edir”, — deyə o vurğulayıb.

Azərbaycan prezidenti I Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını təəssüflə qeyd edib. Prezident İ. Əliyev bütün dövlətlərə eyni cür yanaşmanın vacibliyini önə çəkərək bildirib ki, ikili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olunub, ölkəmizin təşəbbüsü ilə reallaşan iri enerji layihələrinin önəmi vurğulanıb, TANAP və TAP layihələrinin perspektivindən danışılıb, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əsas mövzular