19:49 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© REUTERS / Siphiwe Sibeko
Qoruq işçiləri kərgədanın buynuzunu kəsirlər.

Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.

BAKI, 9 sentyabr — Sputnik. Təkdırnaqlılar fəsiləsindən olan bu məməli heyvanın Afrika və Asiyada beş növü mövcuddur. Kərgədanları digər canlılardan fərqləndirən əsas cəhət burnunun üstündə bir və ya iki buynuzun olmasıdır. Əslində, elə bu buynuz da heyvanının başına bəla olur. Məsələ burasındadır ki, kərgədan buynuzu hazırda bütün dünyada ən bahalı məhsulların siyahısındadır. Brakonyerlər buynuzunu kəsib satmaq üçün həmin heyvanları qırıb axırına çıxırlar. Bu səbəbdən 1977-ci ildən dünyada kərgədan buynuzunun satışı qadağan olunub.

Ancaq kərgədan buynuzu o qədər baha qiymətə satılır ki, bu qadağa da brakonyerlərin qarşısını ala bilmir. Qara bazarda kərgədan buynuzu nə az, nə çox, düz – 50 min avroya satılır.

2015-ci ildə Zimbabvedə 1300 kərgədan buynuz alverçilərinin qurbanı olub. Nəticədə 2016-cı ilin yayında Zimbabve hökuməti ölkədə 700 kərgədanın buynuzunun kəsilməsi ilə bağlı göstəriş verib.

Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.

Bu hadisə kərgədanların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Fransadakı hadisə göstərib ki, kərgədanların təhlükəsizliyi üçün buynuzlarının kəsilməsindən başqa yol yoxdur.

Bu günlərdə Cənubi Afrika Respublikasındakı qoruqlardan birində sözügedən heyvanları qorumaq üçün onların buynuzlarını kəsməyə başlayıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın fotolentində.

Digər fotolentlər

Əsas mövzular