01:53 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
  • Azərbaycanlı pauerlifter Pərvin Məmmədov Tokio-2020 Paralimpiya Oyunlarında
  • Şəhanə Hacıyeva
  • Azərbaycanlı paracüdoçu Namiq Abbaslı
  • Azərbaycan üzgüçüsü Roman Saleh Tokio-2020 Paralimpiya Oyunlarında
  • Vüqar Şirinli
  • Vəli İsrafilov
  • Azərbaycanlı idmançı Orxan Aslanov
  • Azərbaycanlı idmançı Lamiyə Vəliyeva
© REUTERS / MOLLY DARLINGTON
Pauerlifter Pərvin Məmmədov - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.

Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan yığması əldə olunmuş medalların sayına görə Paralimpiya Oyunlarının ilk onluğuna düşüb.

BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan paralimpiyaçıları Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında tarixi nailiyyət əldə ediblər.

Azərbaycan Paralimpiya yığması həm ümumilikdə əldə edilmiş mükafatların, həm də qazanılmış qızıl medalların sayına görə rekord vurub. Komandanın hesabında ümumilikdə 19 medal var. Onlardan 14-ü qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Bu nəticə Azərbaycan idmançılarını ölkə tarixində ilk dəfə olaraq Paralimpiya Oyunlarının ilk onluğuna yüksəldib.

Cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr), uzunluğa tullanmada Orxan Aslanov (7,36 m) Paralimpiya çempionu oldular.

Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb. L.Vəliyeva həmçinin 400 m məsafədə qızıl medala da sahib olub.

Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.

Həmçinin oxuyun:

Prezident paralimpiyaçıları təltif etdi - Siyahı

Digər fotolentlər

Əsas mövzular