19:10 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
© Sputnik / Murad Orujov
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il.

Bununla əlaqədar olaraq ölkədə ənənəvi qanvermə aksiyaları keçirilir. Bu aksiyaların Bakıda necə keçirildiyini “Sputnik Azərbaycan”ın fotolentində izləyin

Bu gün Azərbaycanda Məhərrəm ayının 10-cu günü, Aşura günü qeyd olunur. Bununla əlaqədar olaraq ölkədə ənənəvi qanvermə aksiyaları keçirilir. Bu aksiyaların Bakıda necə keçirildiyini “Sputnik Azərbaycan”ın fotolentində izləyin

Aşura günü Hicri-Qəməri təqviminin Məhərrəm ayının onuncu gününə təsadüf edir. Bu günlərdə müsəlmanlar İmam Hüseynin (ə) şəhadətinə yas saxlayırlar və namaz qılmaq üçün məscidə gəlirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə son illər ərzində məhz bu gün qanvermə aksiyaları keçirilir. Bu il, əvvəlki illərdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən aksiyalar məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxt və bölgə şöbələrində keçirilir.

Qan verməzdən əvvəl donor müayinədən keçir, aksiyanın özü karantin rejimi qaydalarına uyğun olaraq aparılır.

Teqlər:
qanvermə aksiyası

Digər fotolentlər

Əsas mövzular