19:38 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
Atronavt Tomas Peskenin fotosunda Qərbi Afrikada yerləşən "Saharanın gözü" geoloji formasiyasının mənzərəsi.

Fransız astronavt Tomas Peskenin çəkdiyi fotolar bəlkə də bəlkə də itmiş mifik Atlantida məsələsinə bir aydınlıq gətirəcək.

Astronavt Tomas Peske öz Twitter hesabında kosmosda çəkilən "Böyük Səhranın (Saharanın) gözü" fotolarını paylaşıb. Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, şəkillər Qırmızı planet - Marsın səthini xatırladır.

"Saharanın gözü" və həmçinin Rişat strukturu adı ilə tanınan geoloji möcüzə Böyük Səhranın Mavritaniyaya aid hissəsində Uadan yaşayış məntəqəsinə yerləşir.

Hazırda Beynəlxalq Kosmik Stansiyada işləyən Tomas Peske Rişat strukturunun bir neçə fotosunu lentə alıb. Fotolarda üfüqə uzanan qırmızı-narıncı mənzərə izləyiciləri cəlb edib. Peske qeyd edir ki, onlar bu yerin üzərindən keçərkən, elə təəssürat yaranırdı ki, sanki Mars üzərindən uçurusan.

Ehtimal var ki, bu rayon mifoloji xalqın torpağı olub. 2018-ci ildə YouTube blogeri Cimmi Brayt bəyan edib ki, Atlantidanın ən çox ehtimal edilən mövcud yeri məhz Rişat strukturudur. Lakin bu nəzəriyyə sübuta yetirilməyib.

Digər fotolentlər

Əsas mövzular