20:40 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© Sputnik / Rahim Mammadov
Gəncə şəhər sakini Aydın Əhmədov evini XVIII-XIX əsrin əşyaları ilə bəzəyib.

Gəncə şəhər sakini öz mənzilini XVIII-XIX əsrin mebelləri ilə bəzəyib. Qeyri-adi görünüşlü qədim əşyalar Sputnik Azərbaycan-ın fotolentində.

Müasir dövrdə hər kəs öz mənzilini rahat, keyfiyyətli mebellərlə, əşyalarla doldurmağa çalışır. Hətta toy günü gətirdiyi mebelləri bir neçə il sonra dəyişənlər də az olmur. İnsanlar hazırda daha çox görünüşə, gözəlliyə, müasirliyə üstünlük verirlər. Amma elələri də var ki, müasirliyi sevmir, müəyyən məbləğ ödəyib öz evini qədim mebellərlə bəzəyirlər.

Gəncədə yaşayan Aydın Əhmədov Ukrayna, Rusiya və digər xarici ölkələrdən əşyalar gətirərək öz evini qədim məkana çevirib. Mənzildə yaşı 100-150 ildən çox olan mətbəx əşayaları, qonaq, yataq dəstləri diqqət çəkir. Şəhər sakini 30 ildən çoxdur, qədim mebelləri toplamaqla məşğuldur.

Aydın Əhmədov bəyəndiyi mebellərə xeyli pul ödəyib. Hazırda yaşadığı mənzildə bütün otaqlar qədim əşyalarla doludur. Gəncə sakininin mənzilində yaratdığı gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Digər fotolentlər

Əsas mövzular