02:22 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
© Sputnik / Evgeny Odinokov
Maxim-2021 gözəllik yarışmasının üçüncüsü Viktoriya Baqatıryova (ön planda) Moskvada mükafatlandırma mərasimində.

Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən lentə alınıb. Parlaq kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.

Koronavirus pandemiyasının məngənəsində sıxılan dünya əylənməyə də, idman etməyə də vaxt tapır. 

Bu gün Tokio Yay Olimpiya Oyunları sona çatdı. Olimpiada ərzində maraqlı səhnələr az deyildi. 

Biriləri rekordları sadalayarkən digərləri də həyat mücadiləsi verirdi. Qonşumuz, qardaş respublika olan Türkiyə iyulun 28-dən bəri meşə yanğınları ilə mübarizə aparır. Bir çox dövlət, eləcə də Azərbaycan Türkiyəyə bu fəlakətin dəf edilməsində yardım göstərir. Yanğının peykdən çəkilən fotosu isə insanların necə bir dəhşətlə üz-üzə olduğunu bariz şəkildə ortaya qoyur.

Avqustun qovuran istisindən çoxları suya baş vurmaqla can qurtarmağa çalışırlar. Amerikadakı Böyük Şor gölü isə Bakıdakı Böyükşordan qeyri-adi rəngi ilə fərqlənir. Adam bu gölə baş vurmağa belə, çəkinir.

Dünya xəbər agentliklərinin fotojurnalistləri tərəfindən çəkilən yaddaqalan hadisələri və emosional anları Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında izləməyə dəvət edirik.

Teqlər:
fotolent, dünya, Türkiyə, Tokio, Hindistan, Livan, ABŞ, Fukusima

Digər fotolentlər

Əsas mövzular