05:26 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© Sputnik / Murad Orujov
"Bakı Metropoliteni"nin yeni qatarı.

Metrovaqonmaş-ın Bakı Metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır

BAKI, 3 avqust — Sputnik. Avqustun 3-də "Bakı Metropolieni" Qapalı Səhmdar Cəmiyyətinin yeni qatarları xəttə buraxılıb. Sputnik Azərbaycan-ın "Bakı Metropoliteni" Qapal Səhmdar Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, xəttə buraxılan müasir tipli dörd yeni qatarın hər biri beş vaqondan ibarətdir.

Yeni gətirilmiş qatarlar, əsasən, "Həzi Asalnov-Dərnəgül" sahəsi boyunca hərəkət edəcək.

Xəbərdə deyilir ki, Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsi ilə imzalanmış müqavilə əsasında 2019-cu ildən etibarən 3 il ərzində Bakı Metropoliteni üçün istehsal edilməli olan 60 vaqondan 40-ı artıq istismardadır.

Beləliklə də, Metropolitendə müasir standartlara uyğun gələn vaqonların sayı 95-ə çatıb.

Teqlər:
metro, Metropliten, Bakı metrosu, Metropoliten, vaqon, Bakı

Digər fotolentlər

Əsas mövzular