CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük iməcilik keçirilib

© © Photo: Baku City Executive PowerСубботник в Баку
Субботник в Баку - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda küləyin yaydığı toz-torpağın binaların fasadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyri-sabit havanın fəsadlarının tam qaldırılması və şəhərdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədi ilə iyul ayının 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı daxili iməcilik keçirilib.

© © Photo: Baku City Executive PowerBakıda iməcilik keçirilib
Bakıda iməcilik keçirilib - Sputnik Azərbaycan
1/6
Bakıda iməcilik keçirilib
© Photo : Baku City Executive PowerBakıda iməcilik
Субботник в Баку - Sputnik Azərbaycan
2/6
Bakıda iməcilik
© © Photo: Baku City Executive PowerBakıda iməcilik
Субботник в Баку - Sputnik Azərbaycan
3/6
Bakıda iməcilik
© © Photo: Baku City Executive PowerBakıda iməcilik
Субботник в Баку - Sputnik Azərbaycan
4/6
Bakıda iməcilik
© © Photo: Baku City Executive PowerBakıda iməcilik
Субботник в Баку - Sputnik Azərbaycan
5/6
Bakıda iməcilik
© Photo : © Photo: Baku City Executive PowerBakıda iməcilik
Субботник в Баку - Sputnik Azərbaycan
6/6
Bakıda iməcilik
1/6
Bakıda iməcilik keçirilib
2/6
Bakıda iməcilik
3/6
Bakıda iməcilik
4/6
Bakıda iməcilik
5/6
Bakıda iməcilik
6/6
Bakıda iməcilik

Daxili iməcilik zamanı prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bakı Şəhər İcra Hakimiyyəti daxili iməciliyin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirdə fəal iştirak edən kommunal və digər qurumların əməkdaşlarına, həmçinin Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan özəl sektor nümayəndələri və sakinlərimizə öz minnətdarlığını bildirir.

Həmçinin oxuyun:

Bakıda böyük iməcilik keçirilib

Beynəlxaq Yer Günü ilə bağlı iməcilik keçirildi

Xəbər lenti
0