06:25 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
© Sputnik / Ilham Mustafayev
Qazaxda qurbanlıq qoyun.

Azərbaycanda Qurban bayramı qeyd olunur. Sputnik Azərbaycan Qurban bayramı ilə əlaqədar Qazax və Ağstafada çəkilən fotoları oxucularına təqdim edir.

Bu gün İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd olunur. Bayram iki gün davam edəcək, bayram namazları da iki gün dalbadal məscidlərdə qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

Qərb bölgəsində də bayram namazından sonra insanlar müqəddəs ayinin icrasına başlayıblar. Vətəndaşlar qurbanlıq heyvanları əsasən bazarlardan və Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi satış və kəsim məntəqələrindən əldə ediblər.

Şəriət qaydalarına görə, qurban həm xırda, həm iribuynuzlu heyvanlardan kəsilə bilər. Xırdabuynuzlu heyvan müsəlman tərəfindən fərdi qaydada kəsilir, iribuynuzlu heyvanları isə yeddiyədək şəxs birləşib kəsə bilər.

Sputnik Azərbaycan Qurban bayramı ilə əlaqədar Qazax və Ağstafada çəkilən fotoları oxucularına təqdim edir.

 

 

Teqlər:
fotolent, Ağstafa, Qazax, Azərbaycan, Qurban bayramı

Digər fotolentlər

Əsas mövzular