03:18 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
© REUTERS / Nacho Doce
İspaniya azarkeşləri İsveçrə üzərində qələbəyə sevinirlər.

Məhdudiyyətlərə baxmayaraq, azarkeşlər 2020-ci il üzrə Avropa çempionatının oyunlarında futbol atmosferi yarada bildilər.

2020-ci il futbol üzrə Avropa çempionatı yalnız 11 müxtəlif şəhərdə təşkil olunmasına görə deyil, həm də koronavirus pandemiyası ucbatından bir il təxirə salınmasına görə də tarixi yarış hesab oluna bilər. Elə bu səbəbdən də futbol üzrə AVRO-2020-nin oyunlarını təşkil edən şəhərlərdəki stadionlarda oyun vaxtı tribunaların tutulması ilə bağlı məhdudiyyətlər var idi.

Xüsusilə də AVRO-2020-nin Bakı və Sankt-Peterburq şəhərlərində keçirilən oyunlarında stadiondakı yerlərin yalnız 50 faizinin tutulmasına imkan verilmişdi. Halbuki Budapeştin (Macarıstan) Ferents Puşkaş stadionunda keçirilən turnirdə yerlər 100 faiz dolub.

Bakı Olimpiya Stadionunda keçirilən qitə çempionatının dörd oyununa ümumilikdə 62 min tamaşaçı qatılıb. Xatırladaq ki, Bakıda Uels - İsveçrə (1: 1), Türkiyə - Uels (0: 2) və İsveçrə - Türkiyə (3: 1) milli komandaları arasında "A" qrupunun üç oyunu və dörddə bir final keçirilib. Həmin oyunda Danimarka və Çexiya milli komandaları qarşılaşıblar və oyun 2:1 hesabı ilə başa çatıb.

Londonun “Uembli” stadionunda keçirilən AVRO-2020-nin yarımfinal oyunlarına isə 60 min tamaşaçı qatılıb. Məlum olduğu kimi, ilk yarımfinalda İtaliya millisi İspaniya komandasını məğlub edib. Oyunların əsas və əlavə vaxtları heç-heçə (1: 1) ilə başa çatıb, 11 metrlik cərimə zərbələrində isə şans italyanların üzünə gülüb (4:2).

Digər yarımfinalda ingilislər əlavə vaxtda danimarkalıları məğlub ediblər (2:1).

Bu bazar günü Londonda, yenə “Uembli” stadionunda İtaliya və İngiltərə milli komandaları arasında Avropa çempionatının final oyunu keçiriləcək.

Teqlər:
fotolent, AVRO-2020, azarkeşlər

Digər fotolentlər

Əsas mövzular