20:07 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
  • Tamaşa paytaxtın mərkəzində cümə axşamı iyulun 1-də və cümə günü iyulun 2-də saat 21:00-dan 23:00-adək nümayiş olunacaq
  • Düyməcik tamaşasından səhnə.
  • Премьера музыкального спектакля Дюймовочка
© Sputnik / Murad Orujov
"Qar kraliça" tamaşasından səhnə. Gerda rolunda aktrisa Aylin Türkan.

AVRO-2020 Bakı oyunlarının təşkilatçıları futbol birinciliyinə həvəsi bir qədər başqa tərəfdən nümayiş etdirmək və tamaşaçılara unudulmaz təəssürat bəxş etmək niyyətindədirlər.

Cümə axşamı Bakıda Hans Xristian Andersenin nağıllarının motivləri əsasında açıq havada teatr tamaşası göstərilib. Sputnik Azərbaycan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir ki, tamaşalar Bakıda keçiriləcək AVRO-2020 Danimarka-Çexiya dörddəbir final qarşılaşmasına həsr olunub.

Tamaşalar Nizami Gəncəvi adına Azərbaycan milli ədəbiyyat muzeyinin binası qarşısında keçirilib.

Teatr tamaşası zamanı Andersenin gənc oxucular arasında xüsusilə populyar olan "Düyməcik" və "Qar kraliça" əsərlərindən səhnələr nümayiş olunub. Tamaşalarda rolları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları ifa ediblər.

Tamaşa paytaxtın mərkəzində iyulun 1-də nümayiş olunub. Dünən tamaşaya baxmağa macal tapmayanlar onu cümə günü iyulun 2-də saat 21.00-dən 23.00-dək də seyr edə bilərlər. Tamaşaçılar üçün giriş pulsuzdur.

Təşkilatçılar ataların cümə axşamı və cümə günü ailələri ilə birlikdə vaxt keçirməsi üçün əla variant düşünüblər ki, şənbə günü onlar təmiz vicdanla stadiona gedə və ya televizor qarşısında azarkeşlik edə bilsinlər.

Xatırladaq ki, Danimarka və Çexiya milliləri arasında AVRO-2020-nin dörddəbir final oyunu şənbə günü, iyulun 3-də Bakı Olimpiya stadionunda yerli vaxtla saat 20.00-da başlanacaq.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.

Digər fotolentlər

Əsas mövzular